AktualAktualArxivXəbər lentiXəbərlər
Abgül Süleymanov xüsusi qapalı həbsxanaya göndərilib

Abgül Süleymanov başqa həbsxanaya köçürülüb
Hicab məhbusu, tanınmış ilahiyyatçı Hacı Abgül Süleymanov 13 saylı CM-dən köçürülüb.
Vəkil Zaman Səmədovunqafqaz.az–a verdiyi məlumata görə, hicab məhbusu Abgül Süleymanov 13 saylı CM-dən 8 saylı qapalı tipli CM-ə köçürülüb: “Hələlik özü ilə görüşə bilməmişəm. Görüş üçün müvafiq qurumlara müraciət edəcəm. Hazırda işlər gedir. Amma hələ qanuni qüvvəyə minməmiş digər qapalı rejimli həbsxanaya köçürülməsi düzgün deyil. Amma qanunda o da var ki, qapalı rejimli həbsxanadan xüsusi cəza çəkmə müəssisəsinə köçürülmə nəzərdə tutulub, yəni burada qanunsuzluq yoxdur”.
Vəkil onu da qeyd edib ki, tərəfindən hazırda iş üzrə müvafiq işlər davam etdirilir: “Əlavə məlumatlar əldə olunan kimi veriləcək”