ArxivXəbər lentiXəbərlər
Səudiyyə Ərəbistanı SOCAR-a rəqib çıxdı

Bloomberg News-ın məsələ ilə bağlı mənbələrdən aldığı məlumata görə, dünyanın ən böyük neft ixracatçısı Saudi Arabian Oil Co. (Saudi Aramco), mərkəzi Avropanın ən böyük neft və qaz şirkəti OMV AG-nin sahibi olduğu “Petrol Ofisi” üçün 2-ci tur təklif verənlər arasındadır.
“Marja” Bloomberg News-a istinadən xəbər verir ki, Türkiyənin ən böyük neft məhsulları satıcısı OMV Petrol Ofisi AŞ-nin satışı üçün HSBC Holdings Plc Saudi Aramco-ya məsləhət xidməti göstərir.
Bloomberg News-ın xəbərinə görə, State Oil Company of Azerbaijan (SOCAR), Koç Holding və Öztürk ailəsinin şəriki olduğu Opet Petrolcülük də OMV Petrol Ofisi AŞ-nin satışı üçün təklif verənlər arasındadır.