ArxivXəbər lentiXəbərlər
ABŞ Azərbaycana təzyiqin başladığını rəsmən elan etdi

ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Samanta Pauer dünən Dövlət Departamentində keçirdiyi brifinqdə dünyanın hər yerindən olan 20 nəfər qadının siyahısını təqdim edib.
Virtualaz.org Rusiya KİV-nə istinadən bildirir ki, daimi nümayəndə ABŞ Dövlət Departamentinin onların azad olunması üçün dəstək kampaniyasına başladığnı vurğulayıb. Onun sözlərinə görə, siyahıya siyasi və digər məhbusların adı daxildir: “Biz sizi unutmamışıq, biz azad olunmağınız üçün sizin hökumətlərinizə təzyiqlər göstərməkdə davam edirik”.
Yeri gəlmişkən, Dövlət Departamentinin həmin siyahısında Azərbaycandan iki nəfərin – bu yaxınlarda 7,5 il həbs cəzası almış Xədicə İsmayılova ilə, 8.5 illik həbsə məhkum edilən Leyla Yunusun da adı var.