İŞİD terror qruplaşmasının döyüşçüləri Şimali İraqdan Türkiyəyə gizli neft kəməri çəkiblər.
Publika.az xəbər verir ki, bu barədə “Sputnik” agentliyinə Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı, Senatın beynəlxalq münasibətləri üzrə komitəsinin baş müstəntiqi Con Kiriaya bildirib.
Onun sözlərinə görə, qeyri-leqal neft kəmərinin çəkilişi yerli regional hakimiyyətin buna göz yumması nəticəsində mümkün olub. “Hesab edirəm ki, sərhədin Türkiyə tərəfində kimlərsə bundan yaxşı pul qazanır”, – MKİ-nin keçmiş əməkdaşı deyib.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin məlumatlarına əsasən, İŞİD qeyri-leqal neft satışından il ərzində 500 milyon dollara qədər qazanır.