ABŞ-ın Azərbaycandakı səfiri: “İttihamların çoxu uydurmadır, məqsəd jurnalistlərin səsini kəsməkdir”

“ABŞ-ın siyasi, iqtisadi və rifah maraqları Azərbaycanın maraqları ilə üst-üstə düşür”
Səfir görüşün əvvəlində deyib:
– Bu gün gəldiyiniz üçün hamınıza təşəkkür edirəm. Bu, vacib bir gündür və mən sizin cəhdinizi və cəsarətinizi yüksək qiymətləndirirəm. Sizin bu gün buraya gəlməyinizi çox yüksək qiymətləndirirəm və bizim sizinlə görüşməyimizin səbəbi mətbuat azadlığı gününü qeyd etməkdir. Bu gün həqiqətən də azad mətbuatın və azad medianın müasir azad cəmiyyətdə nə qədər mühüm rol oynadığını vurgulamak lazımdır. Əlbəttə ki, bunu etiraf etmək vacibdir, həm də hər gün gördüyünüz işin bunun bir hissəsi olduğunu etiraf etmək vacibdir.
Mən artıq bir neçə aydır ki, rəsmi olaraq Azərbaycandayam, deyərdim ki, burada keçirdiyim vaxtdan çox zövq aldım, iş çətindir, amma əyləncəli işdir. Azərbaycanın “COP 29”-a evsahibliyi etməsi və Azərbaycanın enerji və digər məsələlərdə regionda oynadığı rol baxımından açıq şəkildə görüləsi çox şey var. Bir çox sahədə çox iş var. Mən hesab edirəm ki, ABŞ-ın siyasi, iqtisadi və rifah maraqları Azərbaycanın maraqları ilə üst-üstə düşür. Belə ki, bu, yaxşı xəbərdir. Digər yaxşı xəbər odur ki, mən ölkəni gəzə bilmişəm. Bacardığım qədər burda çox iş görməyi etməyi planlaşdırıram. Bura sadəcə istiqanlı və qonaqpərvər gözəl ölkə deyil, həm də insanlar mənə qarşı çox mehriban və səxavətlidirlər. Mən həqiqətən inanılmaz dərəcədə zənginliklərə rast gəldim. Bəzi insanlar çox mehriban və səxavətlidir, lakin məncə, bəziləri ABŞ-a olan maraq və əlaqə qurmaq arzusunu əks etdirir. Mən bir növ, bilirsiniz, bu iki tərəfi bir araya gətirmək üçün öz işimi görmək istəyirəm.
“Gördüyünüz işlərə görə hamınıza şapka çıxarıram”
Aydındır ki, Azərbaycanda müşahidə etdiyimiz hadisələr, xüsusən noyabr ayından – mənim gəlişimdən bir qədər öncədən başlayaraq müstəqil mediaya və vətəndaş cəmiyyətinə qarşı təzyiqlər, həqiqətən, çox narahatedicidir. Düzünü desəm, gördüyünüz işlərə görə hamınıza şapka çıxarıram. Bu, həqiqətən təkcə Azərbaycanı illərlə geri salmaqla qalmır, həm də “COP 29”-un burada keçirilməsi böyük potensial yaradır. Dünyanın diqqəti Azərbaycandadır. Bu, dünyanın bütün diqqətinin Azərbaycana yönəldiyi bir işdir. Buna görə də düşünürəm ki, hər şeyi işıqlandırmaq vacibdir. Müstəqil jurnalistlər və vətəndaş cəmiyyəti ilə birbaşa əlaqəmiz və dəstəyimiz baxımından çox iş görmüşük. Bunun üçün üzr istəmirik. Bundan utanmırıq. Bu, etməkdən və həmkarlarımızla görüşməkdən qürur duyduğumuz bir işdir. Onların səylərini dəstəkləyirik. Repressiyalar bizə məlumdur. Bu, ictimai şəkildə qaldırdığımız bir məsələdir. Bu, özəl olaraq qaldırdığımız bir məsələdir. Bu, təkan verməyə davam edəcəyimiz bir məsələdir. Sizinlə görüşmək istəməyimin bir səbəbi də bu idi. Beləliklə, hər halda, mənim Azərbaycanda keçirdiyim ilk bir neçə ay haqqında eşitməkdənsə, burada sual vermək sizin üçün daha maraqlı ola bilər. Bununla bağlı istənilən suala cavab verməkdən məmnunluq duyaram.
“Azərbaycan hökuməti öz öhdəliklərini yerinə yetirməlidir”
Səfir çıxışından sonra sualları cavablandırıb:
– Ötən həftə ABŞ Dövlət Katibi Antoni Blinken İlham Əliyevlə danışaraq insan haqları mövzusuna toxundu. Onun telefon danışığından sonra insan haqları müdafiəçisi Anar Məmmədli həbs olundu. ABŞ hansı konkret yollarla Azərbaycanda insan haqlarının vəziyyətinin yaxşılaşmasına təsir göstərə bilər? İkinci sual, qeyd etdiyimiz kimi təəsüf ki, ölkədə insan haqları pozulur və jurnalistlərin, xüsusən də qadın jurnalistlər həbs olunur. Sizcə, ABŞ bununla bağlı nə edə bilər?
– Mən daha öncə eşitdim ki, dövlət katibi Blinken prezidentə zəng etdiyi zaman həbslərlə bağlı müzakirələr olub. Mənim buna ilk cavabım ondan ibarətdir ki, siz Azərbaycan tərəfindən bunun niyə baş verdiyini soruşmalısız. Əlbəttə ki, ABŞ Dövlət Katibi insan haqları məsələlərini qaldırıb. Bu məsələ, bizim xarici siyasətimizin əsasını təşkil edir, o, hər bir ölkənin, eləcə də Azərbaycanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklər baxımından mühümdür. Azərbaycanın öhdəlikləri baxımından hökumətin yüksək səviyyəli nümayəndələri ilə görüşümüzdə bu məsələni qaldırmışıq və daha sonra başqa bir şəxs həbs edilib. Artıq bu, Azərbaycan hakimiyyətinə ünvanlamalı olduğunuz bir sualdır. Biz dediklərimizin həqiqət olduğunu düşünürük, ona görə də bu məsələlərdən danışmağa davam edəcəyik və bundan çəkinməyəcəyik. ABŞ-ın nə edə biləcəyinə gəlincə, həqiqətən, bizim yenidən edə biləcəyimiz işlər var, amma son nəticədə bu, Azərbaycanın öz öhdəliklərini yerinə yetirib- yetirməməsindən asılıdır. Azərbaycan hökuməti öz öhdəliklərini yerinə yetirməlidir. Biz bu problemləri ictimai şəkildə qaldıra bilərik və bundan sonra da qaldıracağıq. Biz bu məsələləri özəl olaraq da qaldırmağa davam edəcəyik və bilirsiniz ki, müstəqil mediaya, o cümlədən qadın jurnalistlərə və başqalarına verdiyimiz təlimlər, dəstək baxımından illər ərzində çox cəhdlər göstərmişik. Bu, bizim çəkindiyimiz bir şey deyil. Buna görə də biz bu dəstəyi açıq şəkildə söyləməyə, bu dəstəyi nümayiş etdirməyə davam edəcəyik, amma nəticədə, tennis bənzətməsi kimi, top Azərbaycan hökumətindədir. Onlar necə istəyirlər, mətbuat azadlığı, vətəndaş cəmiyyətinin problemlərini və son bir neçə ayda baş verənlər fonunda hər kəsin narahatlığını daha geniş şəkildə həll etməlidirlər.
“Bu ittihamların çoxu uydurmadır”
– Media qurumları və vətəndaş cəmiyyətinə qarşı açılmış cinayət işlərinə ABŞ, Aİ və digər QHT təşkilatları da cəlb edilir. Çünki cinayət işlərinin motivinin onlardan gələn maliyyə vəsaitləri olduğu iddia edilir. Hökumət qanunları dəyişir. Çirkli pulların yuyulması ilə bağlı ittihamlar iləri sürərək, bir növ, ölkəyə gələn pulların çirkli pullar olduğunu söyləməyə çalışır. Vətəndaş cəmiyyəti həm də ABŞ tərəfindən maliyyələşdirildiyi üçün Birləşmiş Ştatlar bu cinayət işlərində özünü hədəf kimi hiss edirmi?
– Bəli, məncə burada iki sual yaranır: Əvvəla, heç bir fərdi işi üzərimizə götürmədən, deyim ki, bu, bizim təəssüratımızdır. Məncə, bu məsələyə baxan hər hansı bir insaflı adam üçün də bunların hamısının saxta ittiham olması təəssüratı yaranır. Bu ittihamların çoxu uydurmadır və mənə elə gəlir ki, onların məqsədi jurnalistlərin səsini kəsməkdir. Mən deyərdim ki, gördüyümüz işdə hökumət üçün qeyri-şəffaf və ya qaranlıq qalan bir şey yoxdur, Azərbaycan hökuməti bunu bilir. Onların bunu etmək üçün motivasiyası nədir? Sizə, ya da mənə siqnal göndərməyə çalışırlar? Yenə də sizdən xahiş edirəm ki, onlardan soruşun. Hədəfdə olduğumuzu hiss edib-etməməyimiz digər bir məsələdir. Məsələ budur ki, işi tam şəffaflıqla gördüyünüz halda dövlət mediasında sizi təhqir edirlər, bir tərəfdaşla məhsuldar münasibət qurmaq çox çətinləşib. Sizə açılan yeganə cinayət işinin səbəbi açıq reportaj verməyiniz və ifadə azadlığınızdır. İnsanlara qarşı saxta cinayət ittihamları irəli sürülür. Özümüzü hədəf kimi hiss edib-etməməyimiz, kimin bunun arxasında durduğu və bunun sizə, mənə və ya başqa birinə mesaj göndərmək məqsədi daşıyıb-daşımadığı başqa bir mövzudur. Siz Azərbaycan hakimiyyətinə sual verməli olacaqsınız, amma əsas sual budur ki, media azadlığı və vətəndaş cəmiyyəti üçün səy göstərməyə davam etmək vacibdirmi? Cavab belədir: əlbəttə. Bizim burada çalışdığımız və gördüyümüz işlərin mərkəzində bu olacaq.
