Tehran-Bakı əlaqələrinə yenidən baxılmalıdır

20 ildən çoxdur ki, gün ərzində 20 yük maşını Biləsuvar sərhədi vasitəsi ilə Azərbaycan Respublikasından İrana daxil olur və Culfa sərhədi vasitəsi ilə ərzaq, yanacaq və digər ehtiyac olan malları Naxçıvana çatdırır.
Azərbaycan Respublikası yük maşınlarının İranın sərhəd məntəqələrində ətraf mühit, texniki, ictimai və insani problemlər yaratmalarına baxmayaraq İran heç vaxt bu yük maşınlarının gediş-gəlişinə mane olmamışdır.
Cəvan online portalı Əhməd Olanəsəbin qələmi ilə dərc etdiyi “ Azərbaycan Respublikası ilə əlaqələrə yenidən baxılması zərurəti –İran Bakıya strateji dəstəyini dayandırmalıdır” başlıqlı məqalədə yazır ki, Naxçıvan Muxtar Respublikası rəsmilərinin qeyri-qanuni hərəkətlərinə görə, İranın Biləsuvar və Culfa sərhədlərini Azərbaycan Respublikasının yük maşınlarının üzünə bağlaması göstərdi ki, yeni hökumət Azərbaycan Respublikası ilə əlaqələrdə birtərəfli hörmət gedişini davam etdirmək niyyətində deyil.
Bu məqalədə bildirilir: O gün yoxdur ki, KİV Azərbaycan Respublikasının İrana qarşı çoxsaylı hərəkətləri barəsində məlumat verməsin. Azərbaycan Respublikasında İrana qarşı kəskin təbliğat rəsmi Bakının Təl-Əvivlə birlikdə İrana qarşı hətta nüvə alimlərinin terror olunması, iranlıların, hətta Azərbaycan Respublikasında dövlət məmurları və iranlı qurumların incidilməsi, tarixin təhrif olunması və İranın ərazi bütövlüyünün ziddinə olmaq, separatçı qruplaşmaların iclaslarına evsahibliyi və İrana qarşı amerikalı-sionist sanksiyalarında iştirak etməklə bağlı xəbərlərin yaranmasına səbəb olmuşdur.
Rəsmi Bakının İrana qarşı bu hərəkətlərinə baxmayaraq, İran həmişə qardaşlıq, dostluq və Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyini hərtərəfli şəkildə dəstəkləyən siyasət yürütmüşdür.
İranın strateji himayələrindən bir nümunə olaraq Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikası ilə İran torpağı ilə əlaqəsinə misal göstərmək olar.
Bu elə bir şəraitdədir ki, rəsmi Bakı duzunu yeyib, duzqabını sındırmaqla, müxtəlif media dezinformasiyaları ilə İranı Ermənistanı himayə edən tərəf kimi suçlayır və təqdim edir.
Əhməd Olanəsəb Cəvan Online-a yazdığı məqalədə əlavə edib: Rəsmi Bakı uzun illər Cənubi Azərbaycan kimi saxta terminlərə söykənərək İrana qarşı ərazi iddialarını təbliğ etməyə çalışdıqdan sonra, bu dəfə sərhəd Araz çayının dəyişilməsi istiqamətində cəhd kimi hərəkətlərlə İran ərazisinə qarşı sürünən ekspansionist fikrinə düşmüşdür.
Necə ki, İslam Şurası Məclisində Parsabadın hörmətli millət vəkili cənab Həbib Brumənd 2013-ci ilin mart ayında İSNA ilə müsahibədə söyləmişdir: “Sərhəd Araz çayının istiqamətinin yayınması ildə İran ərazisindən yüzlərlə hektar ərazini Azərbaycan Respublikası torpağına birləşdirir”. Belə bir şəraitdə bir müddətdir ki, Azərbaycan Respublikası Naxçıvan bölgəsində Araz çayının sahilinin möhkəmləndirilməsi bəhanəsi ilə çayın istiqamətini dəyişmək və dəyişikliyi təsbit etməklə öz sərhəd bölgələrini genişləndirməyə çalışır.
Bu məkrli hiylə Naxçıvan rəsmilərinin 5 noyabrda Şərur sərhədində traktorçunun naməlum atəşlə hadisə yerindən qaçması ilə əlaqədar Gündəm Xəbər qəzeti ilə müsahibəsindən bəllidir.
Araz çayının sahilinin “möhkəmləndirilməsi” üçün Azərbaycan Respublikasının hərəkəti İran tərəfi ilə razılaşma olmadan və nəticədə sərhəd razılaşmalarını pozulması ilə həyata keçirilmişdir. Necə ki, 2012-ci ilin noyabr ayında Bakıda İran və Azərbaycan Respublikası sərhəd çaylarının işçi qrupunun 3-cü iclasında vurğulandı ki, Araz çayında sahilin möhkəmləndirilməsi ilə bağlı istənilən addım iki ölkənin sərhədçilərinin razılığı və nəzarəti ilə atılmalıdır.
Buna baxmayaraq, rəsmi Bakı İranın qanuni xəbərdarlığı qarşısında ikitərəfli müzakirələrə riayət etmək və ötən razılaşmalara hörmətlə yanaşmaq əvəzinə Poldəşt-Şahtaxtı sərhəd keçidini bağladı.
İranın Bakıdakı səfirliyinin bəyanatında da əks olunduğu kimi İran iki gün dözümlülük və qarşı tərəfə xəbərdarlıqdan sonra Culfa və Biləsuvar sərhədlərini bağladı. Əlbəttə gündəlik İrana səfər edən Azərbaycan Respublikasının şərafətli xalqından minlərlə nəfərin çətinliyə düşməməsi üçün bu sərhədlərin bağlanması iki gün çəkmədi və qeyd olunan sərhədlər azərbaycanlı piyadalar üçün açıldı. Lakin Azərbaycan Respublikası yük maşınlarının Naxçıvana doğru keçməsinin qarşısı alındı. Nəticədə yüzlərlə yük maşını və tanker bir həftədən çox sərhədlər arxasında qaldı və Naxçıvan Muxtar Respublikasında benzinin qiyməti 50 qəpikdən 1 manata artdı.
Bu şəraitdə Azərbaycan Respublikası rəsmiləri İranla məsələlərin köklü həlli və düşmənçiliyi dayandırmaq üçün çalışmaq yerinə İrana qarşı media təbliğatına üz tutdular və hələ də intizarındadırlar ki, media təzyiqi ilə İranı Naxçıvan və Azərbaycan Respublikası rəsmilərinin qeyri-qanuni hərəkətləri qarşısında geri çəkilməyə məcbur edəcəklər.
O cümlədən Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi-ictimai əlaqələr şöbəsinin müdiri Əli Həsənov APA İnformasiya Agentliyi ilə müsahibədə deyib: İran yaxşı bilir ki, Naxçıvan əhalisi gediş-gəliş üçün İrana bağlıdır. Əgər bir gün sərhəd bağlanarsa, yəni Naxçıvanın bir gün yanacağı, ərzağı və əsaslı ehtiyac vasitələri olmayacaq.
Əhməd Olanəsəb Cəvan Online saytı üçün yazdığı məqalədə bildirib: Aparılan müzakirələrin ardınca Culfa və Biləsuvar sərhədlərinin təxminən bir həftədən sonra Azərbaycan Respublikasının yük maşınlarının üzünə açılmasına baxmayaraq, iki ölkə münasibətlərinin keyfiyyəti və kəmiyyətini dəyərləndirməklə proqnoz etmək olar ki, Tehranın bu addımı müvəqqəti olmuşdur və Azərbaycan Respublikası bundan sonra Naxçıvanla əlaqə kimi İranın bir sıra strateji dəstəklərindən faydalanmağı davam etdirmək üçün özünün İrana qarşı strategiyalarına yenidən baxmalıdır.
Yetər ki regional və regiondan kənar oyunçuların 9 oktyabr seçkilərindən iki ay öncədən indiyə qədər Azərbaycan Respublikası qarşısındakı strategiyaya diqqət yetirilsin və Azərbaycan Respublikasının xarici siyasətinin uğursuzluğu və çaşqınlığının dərinliyi müşahidə olunsun. Rəsmi Bakı prezident seçkisindən öncə “neft müqavilələri” çərçivəsində ABŞ, Rusiya və Avropaya enerji imtiyazları verməklə onların himayəsini cəlb etməyə çalışdı. Lakin ABŞ və Avropa seçkiləri tənqid etməklə rəsmi Bakını beynəlxalq səviyyədə rüsvay göstərməyə və passivləşdirməyə çalışdılar. Rusiya da 2 milyondan çox azərbaycanlı miqranta təzyiq göstərmək, Dağlıq Qarabağ münaqişəsinin başlandığı təqdirdə Ermənistanı hərbi cəhətdən dəstəkləyəcəyini elan etməklə və digər oxşar hərəkətləri həyata keçirməklə rəsmi Bakının imtiyazlarına cavab verdi.
Ötən ildə qaz müqaviləsi bağlamaqla və Türkiyəyə ixrac olunan qazın qiymətini kəskin şəkildə endirməklə rəsmi Ankaraya böyük imtiyaz verərək seçki dönəmində Türkiyə hökumətinin dəstəyindən yararlanmaq istəyən Azərbaycan Respublikası prezidenti İlham Əliyev son vaxtlar Türkiyə səfərində Ankaranı Azərbaycan Respublikasının təhlükəsizliyinin söykənəcəyi və arxası adlandırıb. Lakin İlham Əliyevin Türkiyəyə səfərindən bir gün sonra Türkiyə xarici işlər naziri öz isveçrəli həmkarından istəyib ki, Türkiyənin Ermənistanla yəni Azərbaycan Respublikasının düşməni ilə münasibətlərinin normallaşdırılmasına kömək etsin.
Bütün bunlar Qarabağ münaqişəsində rəsmi İrəvanın çıxışının özü də Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində kəskinləşməsi ilə yanaşı olması Azərbaycan Respublikasının xarici siyasət kursunda dalana dirəndiyini göstərir.
Rəsmi Bakının son 15 ildə enerji, təhlükəsizlik və hərbi sahələrdə sionist rejimə verdiyi imtiyazlar da ABŞ Konqresinin 907-ci düzəlişi (Amerikanın Azərbaycan Respublikasına maliyyə yardımına sanksiyanın qoyulmasına dair 1992-ci il düzəlişi) ləğv etmək üçün Birləşmiş Ştatlarda sionist lobbisinin səyi kimi xırda nəticələri əldə edə bilməmişdir.
Belə bir şəraitdə Qafqazda güc müvazinətində İranın rolunu nəzərə alaraq şübhəsiz İranın Azərbaycan Respublikasına strateji dəstəklərini dayandırması bu respublika rəsmilərinin təsəvvür etdiklərindən daha geniş mənfi nəticələri yarada bilər.
Xarici siyasət səhnəsində tədbir və ümid hökumətinin strategiyasını nəzərə alaraq rəsmi Bakı İran barəsində iki seçim yolunun qarşısında durmuşdur: Rəsmi Bakı İrana qarşı hərəkətlərini dayandırmaq və öz keçmiş rəftarlarını islah etməklə qarşılıqlı hörmətə əsaslanan möhkəm və dostluq münasibətlərinin formalaşmasına və yaxud öz bəyənilməmiş rəftarlarını davam etdirməklə Tehranın strateji dəstəklərini dayandırmağa səbəb ola bilər.