ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
ABŞ-ın Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Riker Bakıya gəlib

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçisi, səfir Filip Riker Bakıya gəlib.
ABŞ-ın Bakıdakı səfirliyinin saytındakı məlumatda deyilir ki, sentyabrın 13-14-də o, Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhə nail olunması üçün ABŞ-ın diplomatik səylərini müzakirə edəcək.
Xatırladaq ki, ötən həftə Riker analoji missiya ilə Yerevana gedib.