ABŞ administrasiyası İordan çayının Qərb sahilinin və Qüds şəhərinin şərq hissəsinin 1967-ci ildə İsrail tərəfindən işğal edilməsini tarixi fakt adlandırıb.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays bildirib.
“Bu, tarixi məsələdir. 1967-ci ildəki müharibə zamanı İsrailin İordan çayının Qərb sahilini, Qəzza sektorunu, Şərqi Qüdsü işğal etdiyini inkar etmək olmaz”, – deyə o qeyd edib.