“PlaneRadar” yaydığı məlumatda deyilir: “ABŞ Hərbi Hava Qüvvələrinin “Boeing RC-135V Rivet Joint” radioelektron kəşfiyyat təyyarəsi Krit adasının Suda aviabazasından qalxaraq Rusiyanın Qara dəniz sahilləri boyunca kəşfiyyat uçuşları aparıb”.
“PlaneRadar” ABŞ-ın həmin kəşfiyyat təyyarəsinin daha sonra Gürcüstanın hava məkanında Ermənistan və Azərbaycan sərhədi boyunca uçduğunu bildirir.
2-ci Qarabağ müharibəsindən sonra Qarabağ məsələsində nüfuzunu itirmiş ABŞ rəsmiləri vaxtaşırı olaraq anti-Azərbaycan mövqelər tutur.
ABŞ-ın Ermənistandakı səfiri tez-tez Azərbaycan Respublikası ilə sərhədlərə baxış keçirərək “dağlıq qarabağ münaqişəsi”-nin həllindən danışır və Azərbaycana ittihamlar səsləndirir.
Bu reallıqları nəzərə alaraq ABŞ kəşfiyyat təyyarəsinin Azərbaycan-Ermənistan sərhədləri üzərində uçuş həyata keçirməsi ciddi şübhələr doğurur.