ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
ABŞ Qarabağ ermənilərinin köçünü etnik təmizləmə adlandırmadı

ABŞ Dövlət Departamenti Qarabağ ermənilərinin bölgədən çıxmasını “dəlil olana qədər” etnik təmizləmə adlandırmaqdan imtina edib.
Bu barədə oktyabrın 2-də Dövlət Departamentinin rəsmisi Metyu Miller keçirdiyi brifinqdə danışıb.
Metyu Miller bildirib ki, Birləşmiş Ştatlar etnik təmizləmə, soyqırım və digər vəhşiliklərlə bağlı iddiaları ciddi qəbul edir:
“Soyqırım və ya etnik təmizləmə qərarı düşünülmüş, sübuta söykənən prosesə əsaslanır. Mən bu tribunadan bu barədə heç bir yekun söz deyə bilmərəm”.
“Yüz min, mən deyərdim ki, yüz minə yaxın etnik erməni Dağlıq Qarabağı tərk edərək Ermənistana gedib. Hazırda deyə bilmərik, onların neçə faizi həmişəlik Ermənistanda qalmağı planlaşdırır, yaxud neçə faizi şərtlər imkan verərsə, qayıtmaq istəyə bilər. Biz şəffaflığı təmin edəcək və Dağlıq Qarabağ xalqını, xüsusən də ermənilərin hüquq və təhlükəsizliyinin qorunacağına əmin edəcək müstəqil beynəlxalq monitorinq missiyasının yaradılması çağırışımızı təkrar edirik”, – Miller əlavə edib.
O, Azərbaycanın beynəlxalq monitorinqə təminat verdiyini vurğulayıb:
“Hesab edirik ki, onları müşahidə edəcək və zəmanət verəcək beynəlxalq monitorinq missiyası olmalıdır”.
Bununla belə Metyu Miller BMT-nin Qarabağdakı missiyasını alqışlayıb:
“Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla daha uzunmüddətli missiyanın necə olması barədə işləməyə davam edirik”.
