ArxivXəbər lentiXəbərlər
ABŞ səfiri Əli Kərimli ilə görüşdü

ABŞ səfiri Robert Sekuta iyunun 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ilə görüşüb.
AXCP-nin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ABŞ-Azərbaycan münasibətləri, Azərbaycandakı ictimai-siyasi vəziyyət, qarşıdan gələn parlament seçkiləri, siyasi məhbuslarla bağlı problem, sərbəst toplaşmaq azadlığı və mətbuat azadlığının vəziyyəti barədə müzakirələrə aparılıb.
Virtualaz.org xatırladır ki, ABŞ səfiri bundan əvvəl Müsavat Partiyasının başqanı Arif Hacılı ilə görüşmüşdü.