ABŞ terrorçuları Deyruz-Zurdan xilas edir

Əl-Məyadin televiziya kanalı ABŞ-ın başçılıq etdiyi koalisiyanın Deyruz-Zurda İŞİD ünsürlərini xilas etmək üçün iki ayrı əməliyyat keçirdiyini bildirib.
Əl-Məyadin televiziyası Suriyanın Müharibə Təbliğatı Qərargahına istinadla bildirib: Qərb koalisiyası iki ayrı əməliyyatda Deyruz-Zur ətrafında paraşütçülər vasitəsi ilə İŞİD-in başçılarından birini və bir neçə xarici terrorçunu bu bölgədən çıxarıb.
Suriyada müxalif silahlı qrupların koordinasiya qərargahı da bu barədə bildirib: ABŞ-ın nəzarət etdiyi koalisiya iki helikopterdən istifadə edərək Deyruz-Zurun cənub-şərq ətrafında Bulil kəndinə paraşütçüləri endirib və İŞİD-in neft yatağı üzrə maliyyə məsulunu, pulları və İŞİD ünsürlərinə bağlı dörd ailənin üzvləri ilə birlikdə bu bölgədən çıxarıb. Həmçinin ABŞ-ın başçılıq etdiyi koalisiya Ər-Rəhbə bölgəsində oxşar əməliyyatda İŞİD-ə bağlı 8 xarici terrorçunu bölgədən çıxarıb.