“Necə deyərlər, yeni dünya quracaqlar və bu yeni dünyada qanunlar yalnız onlara məxsus olacaq”.
ABŞ siyasi və diplomatik xarakterini araşdıran təhlil:
“Nəhəng bir dövlətin tarixi və siyasi inkişafına nəzər salmadan onunla hər hansı bir danışığa gedilməsi qeyri -mümkündür. O dövlət ki, yalnız dağıdıcılıqla bir məkanı boşaldılaraq qurulub. Onların siyasi mədəniyyəti dağıtmaq və məhv etmək üzərinə fokuslanıb. ABŞ-ın əsasını İngiltərədən miqrasiya etmiş XVII əsrin ikinci yarısında müxtəlif məzhəbli protestantlar qoyublar. 1630-cu ildə Britaniyada kral parlamenti buraxdıqdan sonra ölkəni bir çox təbəqələr sürətlə tərk etməyə başladılar. Onlar qətiyyətli insanlar idilər və əmin idilər ki, Allah da onlar tərəfdədir. Onların yerli əhali çoxlu müqavilələri və müharibələri oldu. Nəticə olaraq Amerikada hinduların yarıdan çoxu qırılmış oldu. Qıra bilmədiklərini isə rezervasiyalara sürgün etdilər. Onlar bu torpaqlara gələndən sonra qəti şəkildə bir protestant dövlətin qurulacağından əmin idilər. Bu isə o demək idi ki, onlar üçün hansısa müqavilələrin, ya da normaların heç bir əhəmiyyəti yoxdur.
Amerikanın məhkəmə sistemi aşağıdan yuxarıya formalaşdırılır. Hakimlər belə onların prinsipləri ilə uzlaşmalı idilər. Onlar ümumi şəkildə formullarını belə ifadə etmək olar: Onların ərazisində öz qanunları keçərlidi və heç bir beynəlxalq qüvvə buna müdaxilə edə bilməz. Bu hüquq onların beynəlxalq arenadakı mövqeylərinə də təsirsiz ötüşmür. Necə deyərlər, yeni dünya quracaqlar və bu yeni dünyada qanunlar yalnız onlara məxsus olacaq.
Bu halda onlar Avropanın monarxlarından heç də fərqlənmirdilər. Necə ki, monarxlar öz xalqalarına öz iradələrini qəbul etdirməyin ən gözəl seçim olduğunu təlqin edirdilər, amerikalılar da hakimiyyətlərinin Tanrının “verdiyi” mütləqiyyətlə başqa xalqlara qəbul etdirməkdə özlərini haqlı bilirdilər.
ABŞ üçün danışıqlar razılığa gəlmək mənasını heç vaxt kəsb etməyib. Bu sadəcə olaraq qarşı tərəfin güclü rəqabətinə davam etməməsi şəklində baş verib. Yəni ABŞ problemi həll etməyib, o həmişə öz iradəsini qarşı tərəfə qəbul etdirib. Onlarla eyni hüquqlu anlaşmanı o zaman əldə etmək olar ki, ya bu ABŞ üçün çox əhəmiyyətlidir, ya da çox təhlükəli. Əgər ABŞ üçün həqiqətən də barışıq əldə etmək vacib olarsa, onlar onun təşəbbüskarı olarlar və nə yolla olursa olsun buna nail olmağa çalışarlar. Onda belə qarşı tərəfə kifayət qədər problem çıxarar ki, onlar ABŞ-a güzəştə getməyə məcbur olsunlar. Əgər barışıq o qədər lazım deyilsə (xüsusilə onu qarşı tərəf təklif edirsə) onlar bunu təslimiyyət aktı kimi oxuyarlar. Onda ABŞ mexaniki olaraq tələblərini artırar və barışıq təklifini qüdrətsizlik kimi qəbul etdiyini göstərər.
Elə ki, müqavilə imzalandı, ABŞ qətiyyən o maddələri yerinə yetirmək kimi qəbul etməyəcək. O anlaşma sadəcə bir mənfəət kimi dəyərləndirilər. ABŞ klassikasından sitat gətirə bilərik: “ABŞ üçün hər hansı bir anlaşma və müqavilə heçdir, xüsusilə sizin onun qaydalarının pozulması hallında onu cəzalandırmaq qüvvəniz yoxdursa. “
Onlar bütün qəlbləri ilə inanırlar ki, elə Tanrının dediklərini edirlər. Hətta iddia edirlər ki, Tanrı onlarla danışır. Lakin elə ki, real qüvvə ilə üzləşirlər tezcənə onun qüdrətini etiraf edirlər. Rusiyanı ABŞ -la danışıqlara getməməkdə ittiham etmək sadəcə olaraq tarixi bilməmək, ya da saxtarkarlıqdır. ABŞ-ın Rusiyaya münasibəti Sovetdən yeni Rusiyaya qədər müxtəlif olub. Məsələn, SSRi bir zamanlar cəsarətli bir gənc kimi qəbul edilidisə, daha sonra bu gənc cəsura çevrildi. Reyqanın dövründə pis gənc, Qorbaçovun dövründə isə səfeh gənc kimi qəbul edildi. Hazırda siyasi aləmdə bu günki toqquşmalar məhz ABŞ bu barışığı nə dərəcədə istəməsindən qaynaqlanır. Axı, artıq qarşısında güclü bir rəqib var”.