ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
ABŞ və Ermənistan birgə hərbi təlimlərə başlayıb

Təlimdə iştirak edən hərbçilərin sayı açıqlanmayıb
ABŞ və Ermənistan qoşunları birgə hərbi təlimlərə başlayıb.
Ermənistanın müdafiə naziri Suren Papikyan 10 günlük təlimlərin Ermənistan hökuməti üçün əhəmiyyətli olduğunu bildirib. Vurğulayıb ki, sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyətinin artırılmasına yönəlmiş bu əməkdaşlığı yüksək qiymətləndirir.
Mərasimdə ABŞ-nin Yerevandakı səfiri Kristina Kvien də çıxış edib. O, “Qartal Tərəfdaş 2024” təlimini “Ermənistanla uzunmüddətli tərəfdaşlığın sübutu” kimi qiymətləndirib.
Müdafiə Nazirliyi açıqlamasında bir daha bəyan edib ki, təlimdə Ermənistan sülhməramlı briqadası, ABŞ ordusunun Avropa və Afrika qüvvələri, eləcə də Kanzas Milli Qvardiyasının əsgərləri iştirak edir.
“Onlar xəyali münaqişə zonasında birgə sülhməramlı əməliyyat zamanı sabitləşdirmə tədbirləri görməyə məşq edəcəklər”, – bəyanatda iştirak edən qoşunların sayı açıqlanmadan əlavə edilib.
