ArxivXəbər lentiXəbərlər

ABŞ və İsrail səfirliyi qarşısında etiraz aksiyası

Vetenugrunda.az-a daxil olan xəbərə görə, bir qrup zülmə etiraz edən vətəndaşlarımız Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu yazaraq 08 iyun 2018 tarixində İsrail və ABŞ –ın Bakı səirlikləri qarşısında dinc etiraz piketi keçirməyi planlaşdırdıqlarını bildirmişlər.

Xəbərdarlıq məktubunda deyilir:

“Nəzərinizə çatdırırıq ki, ABŞ Prezidenti tərəfindən Qüds şəhərinin rəsmən İsrailin paytaxtı kimi tanıması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının 478 saylı (1980) qətnaməsinə zidd bir addımdır. Qüds Fələstinlilərə məxsus olduğu halda İsrail bu torpaqları hərbi yolla işğal edib.

ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsinə etiraz edən dinc fələstinlilərin qətliamı isə bütün dünyada insan haqlarına , insanlığa qarşı hərbi təcavüz aktıdır.
ABŞ və İsrailin beynəlxalq hüquq və BMT qətnamələrinə zidd bu qanunsuz əməlləri Ermənistan adlı rejim tərəfindən hərbi yolla işğal olunmuş Azərbaycanın tarixi ərazilərində də baş verməsinə hüquqi president yaradır .
Odur ki, biz bir qrup Azərbaycan vətəndaşları Azərbaycan Respublikası Konstitusiyasının 49-cü , “Sərbəst toplaşmaq azadlığı haqqında “Azərbaycan Respublikası Qanununun 1 və 3-cü maddələrinə uyğun olaraq “Qarabağın işğalı Qüdsün işğalının davamıdır”, Fələstinə, Qüdsə, Qarabağa azadlıq”, ” Qüds fələstinlilərindir”, “İşğala və zorakılğa son”, “Dinc insanları öldürməyin”, “BMT Beynəlxalq hüququ və bütün millətləri qorumağa borcludur”, “İsrail, Qüdsdən və Fələstindən qanlı əllərini çək” tələbləri və şuarları ilə dinc piket keçirməyi planlaşdırırıq.
Piketi 08 iyun 2018-ci il tarixində saat 10-00-dan 10 -30-dək İsrailin Bakı səfirliyi qarşısında, saat 11-30-dan 12-00-dək isə ABŞ-ın Bakı səfirliyi qarşısında keçirilməsi nəzərdə tutulub.
“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq bu barədə əvvəlcədən Sizi xəbərdar edirik.
Qeyd olunanları nəzərə alaraq 08 iyun 2018-ci il tarixində saat 10-00 dan 10-30-dək İsrail səfirliyi qarşısında və 11-30-dan 12-00-dək ABŞ səfirliyi qarşısında dinc piketin keçirilməsi üçün yer ayrılıb şərait yaradılmasını xahiş edirik.

Piketin təşkilatçıları bu gün 01 iyun 2018 tarixində xəbərdarlıq məktubunu Bakı şəhər icra hakimiyyətinə təqdim etmişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button