ArxivIslamXəbər lentiXəbərlər

Azərbaycanlı tələbələrdən Tehrandakı erməni icmasına AÇIQ MƏKTUB

İranın Beynəlxalq Al Mustafa Universitetində təhsil alan azərbaycanlı tələbələr İran İslam Respublikasın paytaxtı Tehranda qeydiyyatda olan erməni icmasına açıq məktub ünvanlayıb. İslamazeri.com məktubu olduğu kimi təqdim edir:

“Bismilləhir Rahmənir Rahim

İran İslam Respublikasın paytaxtı Tehranda qeydiyyatda olan erməni icmasına

Bir neçə gün öncə Ermənistan baş naziri Paşinyanın (Nikol Paşinyan – red.) iştirakı ilə “Ararat” stadionunda keçirdiyiniz mərasimdə, qondarma Arsax Respublikasının (qondarma Dağlıq Qarabağ Respublikası – red.) bayrağını asmış və bununla kifayətlənməyib “Arsax Ermənsitanındır və son” şüarı olan bannerdən də istifadə etdiniz. Bütün bunlar az kimi, Paşiniyanın səfər boyu səsləndirdiyi şovinist çıxışlarını da alqışla qarşıladınız.

Əvvəla siz bir İran vətəndaşı olaraq bilməlisiz ki, İran İslam Respublikası Arsax qondarma respublikasını tanımır və Dağlıq Qarabağı Azərbaycanın ərazisi hesab edir.

Dağlıq Qarabağın kimə məxsus olmasına gəlincə isə, bunu tarixə nəzər salaraq rahatlıqla anlamaq mümkündür. Nə qədim dövlət Albaniya və onun ərazisinə daxil olan Qarabağ, nə sonrakı Mehranilər dövləti Ermənistana məxsus olmayıb. Ərəb xilafətindən sonra bölgədəki yaranan müstəqil dövlətlərin müsəlman olmasını, Səfəvilər dövründə Osmanlı imperiyası ilə Rusiya arasında 1724-ci ildə bağlanan müqavilədə, Qarabağ bölgəsinin məhz Azərbaycan vilayətinin tərkib hissəsi olmasını və sonralar Türkmənçay müqaviləsində sizin həmyerliləriniz olan İran ermənilərinin kütləvi şəkildə Azərbaycan bölgələrinə yerləşdirilməyə başlanıldığını anlamaq elə də çətin deyil. 1832-ci il qeydiyyat siyahısına görə Qarabağda 13965 müsəlman ailəsi və cəmi 1491 erməni ailəsi var idi [«The penny cyclopaedia» [ed. by G. Long]., Society for the diffusion of useful knowledge, 1838]. Qısacası, tarixi qərəzsiz baxıldığı təqdirdə əslində Qarabağ Azərbaycanındır, vəssəlam!

Biz, Paşinyanın İrana səfəri çərçivəsində baş verən qalmaqalları həm də Ali Dini Liderin (İranın Ali Lideri Ayətullah Xamenei – red.) mövqeyinə hörmətsizlik olaraq dəyərləndiririk. Sizə tövsiyəmiz, yaşadığınız və vətəndaşı olduğunuz ölkənin siyasi imicinə xələl gətirən və iki müsəlman və qardaş ölkə arasında olan dərin əlaqələri zədələməyə yönələn təxrbiat xarakterli addımlardan uzaq olmanızdır. Əslində sizdən gözləntimiz, azad və müstəqil yəhudilərin Fələstinin Sionistlər tərəfindən işğalını, zülmlərini məhkum etdikləri kimi, müstəqil erməni icması olaraq, yaxın tarixdə inkaredilməz acı həqiqət olan Xocalı vəhşiliyinin baş verməsini qəbul və məhkum etməyiniz, özünüzü bu zülmlərə şərik olmaqdan xilas etməyinizdir.

Son olaraq, baş verən bütün bu olayların bir də təkrarlanmayacağına və hər iki müsəlman xalqından üzr istyəcəyinizə ümid edirik.

Beynəlxalq Al Mustafa Universitetində təhsil alan azərbaycanlı tələbələr”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button