ArxivXəbər lentiXəbərlər
Ermənistanın baş naziri istefa verib

İslaminsesi-nin RT-yə istinadla verdiyi məlumata görə, Ermənistanın baş naziri Ovik Abramyan bu gün hökumətin iclası zamanı istefa qərarını elan edib.
“Mən istefa verməyi və prezidentə yeni hökuməti formalaşdırmaq imkanı yaratmağı qərara aldım”
O, öz qərarını dövlət idarəetmə məsələlərində yeni yanaşmaların lazımlığı ilə izah edib.
Qeyd edək ki, daha öncə bəzi erməni KİV-lərində ölkə prezidenti Serj Sarkisyanın Yerevanın keçmiş meri Karen Karapetyan ilə birlikdə milli barışıq hökuməti formalaşdırmaq niyyətində olması barədə məlumatlar verilirdi.
Ovik Abramyan Ermənistan hökümətinə 2014-cü ilin aprelindən başçılıq edirdi.