Furqan Təhsil və Xidmət Vəqfi tərəfindən edilən açıqlamada, Adana valiliyinə məlumat verildiyi iddia edilir.
Qafqaz.ir-nin məlumatına əsasən,Vəqfin açıqlamasında Adana Qubernatorluğu Mətbuat və İctimaiyyətlə Əlaqələr Müdirliyi, Adana Polisinə yürüş marşrutu, görüş sahələri və yollar müəyyən edilmiş qaydada bildirilsə də, lakin Furqan Hərəkatı üzvlərinə polisin yürüş başlamadan qadın-kişi, körpə-uşaq, qoca-gənc demədən sərt müdaxilələrlə vəhşicəsinə hücum etdiyi bildirilir. Polisin yürüş iştirakçılarına qarşı gözyaşardıcı qaz, rezin güllə və dəyənəklərlə müdaxilə etdiyi qeyd edilir. Etirazlarda iştirak edən Furqan Vəqfinin təsisçisi Alparslan Kuytul yürüşdə saxlanılıb. Hadisə ilə bağlı daxili işlər naziri Soylu da açıqlama verib. O: “İllərdir hər həftə qeyri-qanuni nümayişlər keçirən Kuytulçular bütün xəbərdarlıqlara baxmayaraq, bu gün (20 mart) Adanada Novruzla eyni vaxtda qeyri-qanuni nümayiş keçirib. Kuytulçuların bütün təxribatlarına, təhqirlərinə və sui-istifadələrinə təhlükəsizlik qüvvələrimiz hər zaman səbirlə və təmkinlə cavab verib. Lakin bu gün bütün təxribatlara, təhqirlərə, sui-istifadələrə baxmayaraq, qeyri-mütənasib güc tətbiq etmək bizim üsulumuz olmamalıdır. Yaranan zorakı davranışlarla bağlı Adana valiliyimiz tərəfindən lazımi araşdırma başladılıb”-mətbuatında açıqlamada bildirib.
Adana Qubernatorluğu da mətbuata açıqlama verib: “Bu gün bəzi media və sosial hesablarda polisin furqançılara qarşı həddindən artıq güc tətbiq etməsi xəbərindən sonra bu açıqlamanı vermək zərurəti yaranıb. Bu gün HDP-nin rəhbərlik etdiyi Novruz şənlikləri çərçivəsində tədbir təşkil olundu və eyni zamanda furqançılar tərəfindən bu Novruz tədbirinin keçirildiyi əraziyə çox yaxın bir yerdə yürüş aksiyası təşkil etmək üçün heç bir icazə olmadan tərəfdarlar çağırıldı. Təxminən 1500-2000 nəfərlik Furqan qrupunun çağırışına tabe olan şəxslər saat 14.00-da şəhərimizin 9-10 nöqtəsində toplaşaraq qrup halında yürüş etmək istəyiblər. Onlar bu fəaliyyətin qeyri-qanuni olması və dağılışmaları ilə bağlı onlara edilən xəbərdarlıqlara məhəl qoymadan yürüşlərini həyata keçirməkdə israr ediblər. Bu qrup aylardır qeyri-qanuni nümayiş yürüşü keçirib və hakimiyyət də qrupa həmişə dözümlü olaraq heç bir güc tətbiq edilməyib. Lakin son zamanlar baş verən aksiyalar ictimai asayişi pozmağa və şəhərin gündəlik həyatına təsir etməyə başlayıb. Tədbirin qeyri-qanuni olduğu xatırladılmasına və dağıdılması ilə bağlı xəbərdarlıqlara baxmayaraq dağılmayan qruplara mərhələli şəkildə müdaxilə edilərək qruplar dağıdılıb. Dağılmamaqda israr edən bəzi qruplara şəhərin müxtəlif yerlərində müdaxilə edilib. Bu qruplar xəbərdarlıqlara əməl etməyərək vəzifə yerinə yetirən polislərə hücum ediblər. Bu hücum və döyüş zamanı 37 polis əməkdaşımız müxtəlif yerlərindən yaralanıb (bir zabitimizin ayağı sınıb).”
Adana Qubernatorluğundan verilən açıqlamada yürüşçülərin dağıdılması üçün edilən müdaxilə zamanı iki polisin nümayişçilərə qarşı güc tətbiq etdiyi müəyyən edilib və məsələ ilə bağlı araşdırma başlanılıb.
Hadisələrlə bağlı açıqlama verən Gələcək Partiyasının sədri Əhməd Davudoğlu Adanada qadından, uşaqdan asılı olmayaraq Furqan Vəqfi Könüllülərinə polisin etdiyi zorakılıq qəbuledilməz adlandırıb.
Səadət Partiyasının sədri Təməl Karamollaoğlu səbəbin nə olmasından asılı olmayaraq zorakılığı qəbuledilməzliyi bildirilib. O səlahiyyətli şəxsləri Alparslan Kuytul və dostlarının dərhal azadlığa buraxılması üçün hərəkətə keçməyə çağırıb.
DEVA Partiyasının sədri Babacan Furqan Vəqfinə edilən zorakılığı şiddətlə qınayıb.