Məşədi Dadaş məscidindən koronavirusa görə çətinliyə düşənlərə dəstək – FOTO

Məşədi Dadaş məscdinin dini icması dünyada, o cümlədən ölkəmizdə yayılmış koronavirus pandemiyası səbəbindən maddi çətinliyə düşən vətəndaşlarımıza yardım göstərib.
İcmanın gənc könüllüləri Bakı, Abşeron və Sumqayıt ərazisində yaşayan yüz ailəyə ərzaq paylayıb.
Məscidin imamı ilahiyyatçı Hacı Şahin Həsənlinin bildirdiyinə görə, yardımlaşma dinimizin əsas dəyərlərindəndir.
“Pandemiyanın qarşısını almaq üçün tətbiq olunan karantin rejimi zamanı bu məsələyə xüsusi diqqət yetirmək lazımdır. Allaha şükür ki, xalqımız hər zaman əl tutmağı bacarır, hər kəs bacardığı qədər yardım göstərir. Biz bir daha birlikdə güclü olduğumuzu nümayiş etdirdik”, -deyə Hacı Şahin Həsənli əlavə edib.
O həmçinin bildirib ki, xeyirli və faydalı işlərin geniş vüsət tapması üçün bu cür aksiyaları təbliğ etmək lazımdır.
Mənbə – hacishahin.az
Məşədi Dadaş məscidindən koronavirusa görə çətinliyə düşənlərə dəstək – FOTO