ArxivXəbər lentiXəbərlər

ADNSU ilə İranın Xarəzmi Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Aprelin 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının (UPBA) Bakıda keçirilən “Qloballaşma və ali təhsildə yeni meyarlar” mövzusunda konfransının iştirakçısı, İran İslam Respublikası Xarəzmi Universitetinin kansleri Abdolrahim Navehebrahimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, M.Babanlı universitetin tarixi, tədris prosesi, fakültələr, beynəlxalq əlaqələr, startap layihələri, əcnəbi tələbələr, tədris olunan ixtisaslar haqqında məlumat verib. Universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında danışan rektor UFAZ tələbələrinin ali məktəbi bitirdikdən sonra iki diplom – Strasburq Universitetinin və ADNSU-nun diplomlarını əldə edə biləcəklərini söyləyib. M.Babanlı, həmçinin ali məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərdən biri kimi əcnəbi professorların ADNSU-ya dəvət edildiyini bildirib.

A.Navehebrahim təmsil etdiyi ali məktəb haqqında məlumat verib. Xarəzmi Universitetinin İranın ən qocaman ali məktəblərindən olduğunu deyən qonaq burada tədris olunan ixtisaslar, elmi sahədə görülən işlər, həyata keçirilən layihələr və s. haqqında danışıb. A.Navehebrahim ADNSU ilə müxtəlif istiqamətlərdə qurulacaq əməkdaşlığın hər iki tərəfə böyük töhfə verəcəyini qeyd edib.

İranın ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi son illər Azərbaycan və İran arasında bütün istiqamətlərdə olduğu kimi təhsil sahəsində də əlaqələrin genişləndiyini bildirib və iki universitet arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün üzərlərinə düşən vəzifələri yerinə yetirəcəklərini deyib.

Görüşdə iki universitet arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button