
İstanbul Universitetinin ədəbiyyat fakültəsi İŞİD dəstəkçilərinin hücumuna məruz qalıb.
Axar.az xəbər verir ki, İŞİD əleyhinə asılan plakat Müsəlman Gənclik (Müs-Gənc) təşkilatının üzvlərinin narazılığına səbəb olub. Təşkilat üzvləri dəmir dəyənəklərlə tələbələrə hücum ediblər.
Hücum zamanı bir tələbə yaralanıb. Polis üç Müs-Gənc üzvünü saxlayıb.