“Yeni osmanlı iperatoru” ləqəbini almış Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qoltuğunda gizlətdiyi xoruzun quyruğu görünməyə başlayıb.
“Truth NGO” xəbər verir ki, “Kürd terrorçuları ilə mübarizə” pərdəsi altında Suriyanı işğal edib Afrində qan tökməklə məşğul olan Ərdoğan Türkiyə qoşunları Suriya ərazisinin işğalını İdlib əyalətinə qədər davam etdiyə biləcəyi barədə bəyan edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kocaeli şəhərində çıxış edərkən deyib: “Allah izn verərsə, biz İdlibə qədər gedəcəyik”.
Xatırladaq ki, Türkiyə yanvarın 20-də Suriyanın Afrin şəhərində “kürd terrorçuları ilə mübarizə” pərdəsi altında “Zeytun budağı” əməliyyatına başlayıb.
Halbiki, Suriyanın Kobani şəhəri İŞİD-ın mühasirəsində ikən İraqdakı PKK terrorçuları Suriyadakı kürdlərə kömək adı ilə Türkiyə ərazidindən keçərək Suriyaya daxil olanda, əlləri dirsəyə qədər günahsız Türkiyə vətəndaşlarının qanına bələşən bu cinayətkarların terrorçu olduğu Ərdoğanın “yadına düşmürdü” və Türkiyə silahlı qüvvələri gözlərini döyə-doyə bu terrorçuların onların ərazilərindən keçərək Suriayaya daxil olmalarını izlədilər…