ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Ağ Ev ermənilər üçün indi də demokratiya dərdini çəkir

ABŞ-ın İrəvandakı səfiri Birləşmiş Ştatların Ermənistanda demokratik inkişafa dəstəyini bir daha təsdiqləyib.
Lin Treysi ölkəsinin müstəqillik bayramı münasibətilə bu ölkə səfirliyində keçirilən mərasimdə çıxış edərək deyib ki, ABŞ-ön Ermənistanla tərəfdaşlığı demokratik təsisatlar, vətəndaş cəmiyyəti, azad və ədalətli jurnalistika, iqtisadi artım, inklüziv təhsil, təkmilləşdirilmiş səhiyyə, təhlükəsizlik sahəsində əməkdaşlıq, mədəni irsin qorunması, mübadilə proqramları və humanitar ehtiyacları əhatə edir.
Onun sözlərinə görə, bu əməkdaşlığı canlandıran bağ ortaq dəyərlər hissi olub.