ArxivXəbər lentiXəbərlər

Ağdamın işğalı olduğu gündə Azərbaycanda şənliyin keçirilməsi tənqid olunub

Azərbaycan Respublikası mediaları ermənilər tərəfindən Ağdam şəhərinin işğal olunmasının ildönümü günündə şəhərin mərkəzi parkları və əsas prospektlərində konsertin təşkil olunmasını tənqid ediblər.

Son xəbər saytının məlumatına görə, Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bazar günü bu konsertlərin Ağdam şəhərinin işğalının ildönümü günündə keçirilməsi barəsində jurnalistlərin sualına cavabda deyib: Sahil Parkının rəhbərliyi Azərbaycanın Turizm və Mədəniyyət Nazirliyinin müraciəti əsasında bu parkın bir hissəsini icarəyə verib.

Məcidov həmçinin bu konsertin Ağdam şəhərinin işğal olunmasının ildönümünə təsadüf etməsini əsaslandırmaq istiqamətində deyib: Əlbəttə bu konsert və şənliklər saat 19:00-da başlanıb, gecə yarısına qədər davam edir və Azərbaycanın Turizm və Mədəniyyət Nazirliyi konsertləri təşkil edib.

23 iyul Ermənistan silahlı qüvvələri Azərbaycanın Ağdam şəhərinin işğal edib. Bu işğaldan 23 il ötür.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri 1993-cü ildə Ağdam şəhərini işğal etmişlər.

Ağdamın işğalı nəticəsində şəhərin 128 min əhalisi qaçqın düşüb və digər şəhərlərə və ya qonşu ölkələrə sığınıb. Ümumilikdə bu şəhərə 6 milyard 179 milyon dollar maliyyə xəsarəti dəyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button