ArxivXəbər lentiXəbərlər

Ağdaşda zəlzələ zamanı iki qadın özünü yaşadığı evdən aşağı atıb

Ağdaş rayonunda zəlzələ zamanı iki qadın özünü binadan aşağı atıb.

APA-nın yerli bürosunun xəbərinə görə, iki nəfər özünü yaşadığı evin ikinci mərtəbəsindən atıb, bir nəfər isə qaçarkən pilləkəndən yıxılaraq xəsarət alıb.

Ağdaş Mərkəzi rayon Xəstəxanasının qəbul şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Ağdaş şəhərinin Müşfiq İsayev küçəsindəki 45 saylı evdə yaşayan, 1986-cı il təvəllüdlü İsmayılova Vəfa Fazil qızı və Ərəbocağı kənd sakini, 1953-cü il təvəllüdlü Hüseynova Səkinə Əmirqulu qızı zəlzələ zamanı qorxu və həyəcandan özünü yaşadığı evin ikinci mərtəbəsindən ataraq ağır kəllə-beyin travması və sınıq xəsarətləri alıblar.

Onlar xəstəxanaya yerləşdiriliblər və vəziyyətləri orta-ağır qiymətləndirilir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button