ArxivIslamQadin və hicabXəbər lentiXəbərlər
İran və Türkiyə parlament nümayəndələri görüşüb

Asiya Parlamentləri Assambleyasının (APA) mədəni-ictimai işləri üzrə daimi komitəsinin iclası çərçivəsində İran və Türkiyə nümayəndə heyətləri görüşüb.
Görüşdə İran İslami Şura Məclisinin APA üzrə sədri Seyyidə Fatimə bir sıra ölkələrin, o cümlədən Türkiyənin Varşava iclasını və sionist rejimin regionda sabitsizlik yaratmaq təlaşlarını pisləməsinə toxunaraq deyib: “Türkiyənin Varşava iclasına nümayəndə göndərməməsi İranın diqqətindədir və bu iki qonşu ölkə arasında dərin və köklü qardaşlıq və dostluğun olduğunu göstərir. İran-Türkiyə strateji münasibətlərini pozmaq istəyənlər nakam qalacaqlar.”
APA heyətinin üzvü Möhsin Kuhkən də İran və Türkiyə arasında dərin əlaqələrə, regionun təhlükəsizliyi və sabitliyi istiqamətində iki ölkənin birgə mühüm müzakirələrinə toxunaraq deyib: “Türkiyədə prezidentə qarşı çevriliş zamanı İran bu hərəkəti pisləyən ilk ölkə oldu. Bu məsələ iki ölkə arasında bir sıra strateji məsələlərdə birlik və ortaq fikir olduğunu göstərir.”