Azərbaycan Respublikası prezidenti İlham Əliyev bu ölkə ilə İran arasında neft və qaz sektorlarında əməkdaşlıqların və texniki və iqtisadi fəaliyyətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Səhər Beynəlxalq Televiziyasının Neft Nyuza istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikası prezidenti İlham Əliyev cümə günü Bakıda keçirilən 22-ci Neft və Qaz sərgisi ilə yaxından tanış olarkən İranla əməkdaşlıqların genişləndirilməsini istəyib.
Azərbaycan prezidenti sərgidə olarkən Şimal Qazıntı Şirkətinin 10 illik funksiyası, Xəzər dənizində beynəlxalq şirkətlərlə əməkdaşlıq və bu şirkətin Fars körfəzində dəniz qazıntıları üzrə rekordlar əldə etməsi ilə əlaqədar şirkətin fəaliyyəti barədə İlham Əliyevə tam məlumat verilib.
İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin öz inkişaf layihələrində Şimal Qazıntı Şirkətinin professional ixtisası və texniki potensialından istifadə edə biləcəyinə toxunaraq bu məsələnin izlənilməsi barədə şirkətin icra direktoruna lazımi göstərişləri verib.
Azərbaycan Respulbikası Şimal Qazıntı Şirkətinin beynəlxalq fəaliyyətləri barədə məlumatlarla tanış olduqdan sonra bu şirkətlə əməkdaşlığın başlanması üzrə prosesin sürətləndirilməsinin vacibliyi barədə Azərbaycanın neft və qaz sektorunun direktorlarına tapşırıqlar verib.
Dünyanın 27 ölkəsindən 315 şirkətin iştirakı ilə keçirilən bu sərgidə iranlı iştirakçılar neft, qaz və enerji sahəsində öz son nailiyyətlərini sərgiləyiblər.
Bu məlumata görə, İrandan enerji sahəsində 4 texniki-mühəndislik şirkəti bu sərgidə iştirak edib. Bu sərgi ötən gün öz işinə yekun vurub.