Ramazan ayının son cümə günü keçirilən Beynəlxalq Qüds günü ilə əlaqədar bir qrup inanclı Bakıdakı İsrail səfirliyi qarşısında aksiya keçirib. FaktXəbər-in verdiyi məlumata görə, hüquq-mühafizə orqanları aksiya iştirakçılarını saxlayıb. Həbs edilənlər Yasamal rayonu 27-ci polis bölməsinə aparılıb.
Qarabağ uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli də saxlanılanlar arasındadır.