ArxivXəbər lentiXəbərlər

Aim-in-noevbaeti-toplantisi-kedzhirildi

İslaminsesi.org-un verdiyi xəbərə görə, bu gün Azərbaycan İslam Partiyası (AİP) Analitik İnformasiya Mərkəzinin (AİM) toplantısı keçirildi.

Toplantıda İran İslam Respublikasının Ali Dinilideri Ayətullah Seyid Əli Xomneinin Avropa və Şimali Amerika gənclərinə müraciəti, dünyada və ölkəmizdə baş verən hadisələr müzakirə olundu.

 Tədbiri açan AİM sədri Üzeyir Heydərli müraciətin əhəmiyyətinə toxunaraq dedi ki, Qərbin və ABŞ-ın anti-İslami təbliğatı gücləndiridiyi bir vaxtda Xamneinin gənclərə müraciəti  məqamında deyilib:

“İş o yerə çatıb ki, Peyğəmbərin (s) karikaturasını çəkən adama bu “xidmətinə” görə Nobel mükafatına təqdim etməyə çalışırlar. Belə bir vaxtda adları çəkilən ölkənin gəncləri çox çaşqın vəziyyətdə idi. Xamnei göstərdi ki, gənclər İslam dininə öz hökumətlərinin təbliğ etdiyi kimi yox, ayıq gözlə baxmalı, əsil İslamı Qurandan öyrənməlidirlər”.

Ü.Heydərli diqqəti daha sonra dünyada və ölkəmizdə gedən proseslərə, baş verən hadisələrə yönəltdi. Və dedi ki, dünya yeni müharibənin astanasındadır. ABŞ hökumətinin nümayəndəsi isə İŞİD-in silahlandırılmasının vacibliyini  bildirir: “Elə bu mövqe Birləşmiş Ştatların terrorçu təşkilatı himayə etdiyini, İslama bu vasitə ilə zərbə vurmağa çalışdığını ortaya qoyur. Təsəvvür edin ki, İŞİD-in tərkibində 800 nəfər almaniyalı vuruşur”.

AİP sədrinin siyasi məsələlər üzrə müvavini Akif Heydərli də birinci məsələyə münasibət bildirərək qeyd etdi ki, dünyanın siyasi mənzərəsini öz xeyirlərinə dəyişmək istəyən fövqəlgüclər sivilizasiyaları məqsədli şəkildə üz-üzə qoyub faydalanmağa çalışırlar. Bunun başında isə ABŞ və sionizm durur:

“Onlar bəşəriyyəti özlərinə təslim etmək üçün bütün vasitələrdən istifadə edirlər. Təsəvvür edin ki, İordaniyalı pilotu yandırıb, sonra da deyirlər  ki, İŞİD-ə hücum etmək olmaz, o çox təhlükəlidir. Bu da terrorçu təşkilatı müdafiə etməkdən başqa bir şey deyil.  Belə bir məqamda Xamneinin gənclərə müraciəti çox əhəmiyyətlidir. Çünki gənclərə anlatdı ki, İslam dinini İslamın özündən öyrənmək lazımdır. Çağırışın konkret mahiyyəti də elə bundan ibarətdir. Mənə elə gəlir ki, bu müraciət gələcəkdə öz bəhrəsini verəcəkdir”.

A.Heydəri hesab etdiyini bildirdi ki, İŞİD-i yaradan ABŞ, sionizm, Qərb ölkələri onun vasitəsilə dünya xalqlarını təzyiq altında, xofda saxlamağa çalışırlar. Bununla da güclərini göstərib dünyanı özlərinə tabe etdirmək istəyirlər. Heydərlinin fikrincə, Ukraynada başverənlər də əslində buna hesablanıb.

AİP funksioneri daha sonra Azərbaycanda məhkəmə sisteminə toxundu: “Çıxardıqları ədalətsiz qərarlarla cəmiyyətə mesaj verirlər ki, məmurların, onların övladlarının özbaşınalığına qarşı çıxmaq olmaz”.

AİP sədrinin təşkilati məsələlər üzrə müavini Vüqar İbayev Xomneinin müraciətinin gənclər üçün bir məktəb olduğunu vurğuladı. O, daha sonra ölkəmizdəki vəziyyətlə, xüsusilə Qarabağ cəbhəsindəki durumla bağlı narahatlığını bildirdi.

AİP sədri Elçin Manafov da Xamneinin müraciətini yüksək qiymətləndirdi. O, Qurani-Kərimin Bəqərə surəsinin 256-cı ayəsinə toxunaraq, dində məcburiyyətin olmadığını vurğuladı. Amma bunun heç də vacibatları inkar etməsi anlamına gəlmədiyini dedi:

“Bəziləri bu məsələləri qarışdırırlar. Unudurlar ki, Allah-Təala vacibatları Quran vasitəsilə çatdırıb. Düzdür, məcburiyyət yoxdur, amma bəzi həqiqətlər var ki, çatdırılmalıdır. Vaxtilə Ayətulla Xomeyni (r.ə) deyirdi ki, elə həqiqətlər var ki, biz onu görmürük, amma inkar da edə bilmərik. Yəni demək istədiyim odur ki, Ali Dini lider Xamnei öz müraciəti ilə gözəl həqiqətləri dünya gənclərinə çatdırır”.

E.Manafov məmur  özbaşınalığına, ədalətsiz məhkəmələrə də öz münasibətini açıqladı: “Məhkəmələr  ədalətsiz qərarlar çıxarılmaqla yanaşı, buna haqq da qazandırırlar. Və bununla cəmiyyətə mesaj verirlər ki, məmurların, onların övladlarının özbaşınalığına qarşı çıxmaq olmaz.

AİP Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri FəyyazNəbizadə, AİP Binəqədi rayon komitəsinin sədri Rövşən Nuri, partiyanın gənclər komitəsinin sədri VüqarAbdullayev, Yasamal rayon komitəsinin sədri Hacı Əlyar Nəzərov da gündəlikdə duran məsələlərləbağlı öz fikirlərini bildirdilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button