ArxivXəbər lentiXəbərlər

AİP-ə ağır itki – Foto

Azərbaycan İslam Partiyasına ağır itki üz verib

Qafqaz.ir-ın “İslamın Səsi”nə istinadən verdiyi xəbərə görə, Azərbaycan İslam Partiyasının Binəqədi Komitəsinin sədri Rövşən Nuriyev vəfat edib.

O, bir neçə il idi böyrək çatışmazlığından əziyyət çəkirdi.

Mərhum Rövşən Nuriyev 20 ildən artıq idi ki, AİP-də aktiv siyasi fəaliyyətlə məşğul idi. O, eyni halda Qarabağ uğrunda gedən döyüşlərdə də iştirak etmişdi.

Partiyada göstərdiyi fəaliyyət müddətində iştirak etdiyi mitinqlərdə bir neçə dəfə həbs edilərək inzibati cəzalar almışdı.

Azərbaycan İslam Partiyası dəyərli və fəal üzvü Rövşən Nuriyev vəfatı ilə bağlı yaxınlarına, əzizlərinə, dostlarına və bütün AİP üzvlərinə başsağlığı verərək, mərhuma Allahdan rəhmət diləyir.

 

İslamazeri.az Redaksiyası da, dəyərli ictimai fəal və islamçı Rövşən Nuriyevə Allahdan məğfirət diləyir, mərhumun ailəsi. yaxınları və  AİP-ə başsağlığı veririk.

Allah rəhmət eləsin.

 

– See more at: http://islamazeri.az/aip-e-agir-itki-foto–32478.html#sthash.HPoGZX8R.dpuf

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button