AİP Ayətullah Baqir ən-Nimrin edam edilməsinin ildönümü ilə bağlı bəyanat yayıb

Azərbaycan İslam Partiyası böyük İslam alimi Ayətullah Şeyx Baqir ən-Nimrin edam edilməsinin ildönümü ilə bağlı bəyanat verib.
Bu barədə partiyanın Mətbuat Xidmətindən məlumat verilib. Bəyanatı oxucularımıza təqdim edirik.
“Zalım Səud rejiminin çirkin əməllərini üzə çıxaran böyük İslam alimi, azadlıq carçısı, İslam dünyasının sevimlisi Ayətullah Şeyx Baqir ən-Nimrin edam edilməsinin bir ili tamam oldu. Şeyx Nimrin edam edilməsi ilə səud rejimi öz iç üzünü bütün dünyaya bir daha açıb göstərdi. Xalqını buxov altında saxlayan, aliminə, mütəfəkkirinə heç bir qiymət verməyən bir sülalənin sonunun puç olacağı bəllidir.
Hesab edirik ki, zalım hakimiyyət Şeyx Nimri edam etməklə onun hörmət və məhəbbətini insanların qəlbindən silə və onun yoxluğuna son qoya bilməyəcək. Çünki Ayətullah Şeyx Baqir ən-Nimrin məqsəd və məramı insanları, Məhəmməd (s) ümmətini azad, xoşbəxt, tərəqqidə görmək idi. Dünyanın tərəqqipərvər, şəhidpərvər müsəlmanları səud rejiminin bu addımını, İslam aliminin zalımcasına edam edilməsini daim lənətləyəcək. Düşünürük ki, rejimin bu kimi cinayətləri onun sonunun əvvəlini daha da yaxınlaşdırır.
Azərbaycan İslam Partiyası insanlığa, İslam aliminə qarşı törədilən bu cinayəti səud rejiminin mahiyyətindən irəli gələn bir keyfiyyət kimi qiymətləndirir və pisləyir. Zalım hakimiyyətin bu əməlləri təkcə İslam düşmənlərinə xidmət etməklə bitmir, bütövlükdə dinimizə qarşı düşmənçilik məqsədi güdür. Məhz buna görə də biz dünya müsəlmanlarını belə rejimlərə qarşı birləşməyə, sözünü deməyə çağırırıq. Azərbaycan İslam Partiyası (islaminsesi)