AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətüllah Amili: hicab müsəlman qadının ən yüksək ibadətidir.

Vəliyyi-fəqihin əyalətdəki nümayəndəsi və Ərdəbil imamcüməsi bu həftəki cümə namazının xütbələrində həzrət Zəhranın anadan olması münasibətilə əhalini o həzrətə məhəbbət bəsləməyə və o həzrətə ibadət etməyə çağırmışdır. Ayətüllah Amili həzrətləri itaətsiz məhəbbəti təhqir hesab edərək bildirmişdir: Allaha, sənə ibadət edirik, amma itaət etmirik demək Şeytan metodudur. O, qadınların həzrət Zəhra sahətinə ən böyük xidmət və hörməti o həzrətin hicab və nəciblik hədəflərinə xidmət etməkdə bilib, həzrət Zəhranın buyuruqlarına istinad edərək bu fəziləti qadın üçün ən böyük ibadət kimi təqdim etmişdir. Əyalətin xibrələr məclisindəki nümayəndəsi xütbənin digər hissələrində bildirmişdir: qarşımızdakı iki ay nüvə müzakirəsində çox həssas bir dövrdür. Düşmən indidən var qüvvə ilə psixoloji müharibəyə girmiş, razılıqdan kənar tələblərlə ölkə məsullarını və müzakirə heyətini qorxutmaq və öz istəyini qəbul etdirmək istəyir. Bu haqda müəzzəm rəhbərliyin dünənki çıxışı çox rasional, məntiqi, dəqiq və yerində idi. O artırmışdır: müəzzəm inqilab rəhbərinin epik xarakterli çıxışı mühüm mesajları ehtiva edirdi:
Birinci bu ki, onlar normadan kənar tələblər irəli sürməməlidirlər. Ikinci bu ki, İran onların zorakılığına təslim olacaq dərəcədə sarsılmamışdır. Üçüncü bu ki, sanksiyalar bir dəfəlik ləğv edilməlidir. Dördüncü bu ki, pis razılıqdansa razılıq olmasa yaxşıdır. Beşinci bu ki, onlar İranın müdafiə bazasına göz dikməməlidirlər. Mühüm mesajı isə bu idi ki, Amerika etimad ediləsi deyildir. Vəliyyi-fəqihin Ərdəbil əyalətindəki nümayəndəsi sözlərinin davamında artırmışdır: məlumdur ki, rəhbərin müzakirəyə bu münasibəti düşməni psixi təzyiqə məruz qoymuş, müzakirə heyətinə böyük xidmət etmiş və müzakirə masasında onları iqtidar mövqeyində yerləşdirmişdir. O artırmışdır: 5+1 ölkələri sanksiyaları bir dəfəlik ləğv etdiyi təqdirdə müəzzəm rəhbər razılıqla müxalif deyil və bildirmişdir ki, düşmən keçinmək istəsə digər mövzular haqqında da müzakirə etmək olar. Ərdəbilin imamcüməsi birinci xütbədə Ərəbistanın dəsisələri, inqilabdan yaxa qurtarmaq üçün yalan şayiələrdən istifadə edərək münaqişəni sünni- şiə arasında müharibəyə çevirmək istədiyi hqda geniş izahat vermişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button