ArxivIslamXəbər lentiXəbərlər

“Maarifçiliyə Dəvət” İB-nin Sabunçu rayon şöbəsində görüşlər keçirilib

“Maarifçiliyə Dəvət” İB rərbərliyi tərəfindən təşkilatın şöbələri ilə görüşləri davam etməkdədir.
Bu barədə “Maarifçiliyə Dəvət” İctimai Birliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, “Maarifçiliyə Dəvət” İctimai Birliyinin sərdi Elçin Manafov və təşkilatın rəhbər heyəti təşkilatın şöbə üzvələri və təəssübkeşləri ilə görüşlərini davam etdirir.
Növbəti belə tədbir Bakının Sabunçu rayonu üzrə keçirilib.
Toplantını giriş sözü ilə açan “Maarifçiliyə Dəvət” İB-in sərdi Elçin Manafov təşkilatın məram və məqsədlərini açıqlayıb, ictimai fəaliyyəti barədə məlumat verib.

Hacı Elçin Manafov bu görüşün Rəsulallah (s) və imam Həsənin (ə) şəhadət günlərinə təsadüf etdiyini xatırladaraq, Əhli-beytin (ə) həyatından, fərdi və ictimai fəaliyyətlərindən danışaraq, bunun bəşəriyyət üçün ən gözəl nümunə olduğunu nəzərə çatdırıb.
Təşkilat sərdi həmçinin dövrümüzdəki ictimai proseslərə toxunub, cəmiyyətimizə və ümumilikdə dünyaya təsir edən mühüm hadisələri şərh edib.

Daha sonda ehsan süfrəsi açılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button