Aktual
AİP Hacı Mövsüm Səmədovun prezidentliyə namizədliyini rəsmən irəli sürdü

Baş Məclis tam tərkibdə, yəni bütün rayon komitə sədrlərinin və partiyanın ali orqanının digər üzvlərinin iştirakı ilə işinə başladı.
Quran tilavətindən sonra AİP sədrinin birinci müavini İnqilab Əhədli söz alaraq toplantı iştirakçılarını salamladı və kvoromun yetərli olduğu məlumatından sonra məclisi açıq élan etdi.
Toplantı iştirakçıları ilkin olaraq Baş Məclisin gündəliyini müzakirə etdilər. Gündəlikdə əsasən aşağıdakı məsələlər qeyd olunmuşdu: Ölkədə ictimai-siyasi vəziyyət və beynəlxalq aləmdə baş verən hadisələr, Ölkəmizdə bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərinə partiyada hazırlıq tədbirlərinin gedişi və seçki ilə bağlı AİP-in digər ictimai, siyasi qurumlarla əməkdaşlığı, gələcək perspektivlər, AİP-dən prezident seçkilərində namizədliyin irəli sürülməsi, İslamçı məhbüsların azad olunması tələbləri ilə bağlı qarşıda duran vəzifələr, təşkilati məsələlər və cari məsələlər.
Baş Məclis üzvləri gündəliyə daxil edilən məsələləri diqqətlə nəzərdən keçirdikdən sonra gündəliyin layihəsini qəbul etdilər və təsdiqlədilər. Reqlament müəyyənləşdi. İslamçılar gündəlikdəki məsələlərin müzakirəsinə başladılar.
İlk məsələ barədə çıxış edən Akif Heydərli ölkədə prezident seçkisi ili ilə bağlı ictimai gərginliyin artması və buna səbəb olan amillərdən danışdı. Çıxışda insanların sosial həyat şəraitinin ağırlığı, qanunların məmurlar tərəfindən kobud şəkildə pozulması, insan haqlarının, xüsusən də islamçı qüvvələrin müxtəlif bəhanələr və böhtanlarla ittiham olunaraq zindanlara doldurulması açıq şəkildə qeyd olundu. “Dağlıq Qarabağ probleminin həllinin, demokratik seçki keçirilməsinə iradə göstərilməsinin, Azərbaycanda prezident seçiminin yalnız Avropanın, ABŞ-ın və Rusiyanın dəstəyi ilə mümkünlüyünün xalqımıza təlqin olunması və qəbul etdirilməsi bizi Ermənistana daha çox yaxınlaşdırır, nəinki bizə, xalqımıza milli istiqlaliyyət qazandırır, əksinə, olaraq müstəqilliyimizi, dövlətçiliyimizi möhkəmləndirmək əvəzinə zəiflədir.”- deyə, A. Heydərli prezidentliyə namizədlərin diqqətinə çatdırdı.
A.Heydərli sonra prezident seçkilərinə qurumda həyata keçirilən hazırlıq tədbirlərindən, Məşvərət Şurasının fəaliyyətindən, qarşıda duran vəzifələrdən danışdı. O, ölkə ərazisində- bütün bölgə və rayonlarda seçici səlahiyyətinə malik vətəndaşların, ziyalı, alim və bütün möminlərin AİP sədri Hacı Mövsüm Səmədova prezidentliyə namizədlik barədə müraciətlərindən və qurum qarşısında bu təklifin irəli sürülməsi tələblərindən çıxış edərək və yüksək milli, mənəvi, insani, əxlaqi dəyərlərə malik, siyasi cəhətdən yetkin, yüksək iradəli, xalqa xidmət baxımından əvəzsiz təvazökar olmasını nəzərə alaraq AİP sədri Hacı Mövsüm Səmədovun prezidentliyə namizədlik təklifini irəli sürdü.
A.Heydərlinin bu təklifini Baş Məclis üzvlər yekdilliklə dəstəklədilər. Beləliklə M. Səmədov AİP-in prezident seçkilərində yeganə namizədi oldu.
Baş Məclisdə AİP sədrinin birinci müavini Hacı İnqilab Əhədli və MNTK sədri Hacı Fəyaz Nəbizadə geniş məzmunda çıxış etdilər.
Baş Məşlisdə partiya sədrinin təşkilat məsələləri üzrə müavini Rövşən Əhmədlinin istefa qərarı partiya sədri tərəfindən qəbul olunması barədə məclis üzvlərinə məlumat verildi.(Islaminsesi)