ArxivXəbər lentiXəbərlər

AİP-in 25 illik yubiley tədbirinin qarşısı alınıb – FOTO

Azərbaycan İslam Partiyasının (AİP) 25 illik yubiley tədbirinin keçirilməsi baş tutmayıb.
qafqaz.ir İslaminSesi-a istinad  xəbəre gore , buna səbəb yubiley tədbirinin keçiriləcəyi “Kəmalə Nərmin” restoranının qarşısına yüksək rütbəli polis əməkdaşlarının və qüvvələrinin yeridilməsi olub.
Belə ki, tədbirin başlanmasına az qalmış əraziyə cəlb olunan polis əməkdaşları restoranın qapısını bağlatdıraraq gələn qonaqların içəri daxil olmasına imkan verməyib. Bununla yanaşı, partiya funksionerlərini, komitə rəhbərlərini, eləcə də digər qonaqları ərazidən uzaqlaşdırıblar.
AİP-in sədr əvəzi Hacı İlham Əliyev açıqlamasında bildirib ki, hökumət tərəfindən partiyanın 25 illiyinin keçirilməsinə qarşı qoyulan qadağa heç bir qanuna sığmır: “Bu qadağa ölkədə elan olunan “İslam Həmrəyliyi ili” ilə heç bir vəhdət təşkil etmir”.
Polisin müdaxiləsi ilə oraya gələn insanlar ərazidən uzaqlaşdırılıb.
İddialara görə, restoranın su sisteminə zəhərli maddə qatıldığı haqda hüquq-mühafizə orqanlarına məlumat daxil olduğu, bu səbəbdən də tədbirin keçirilməsinə icazə verilmədiyi bildirilib. Hətta tədbirin keçirilməsinə bir neçə saat qalmış, AİP rəhbərliyinə bu haqda məlumat verildiyi də açıqlanıb.
Partiya rəhbərliyi bütün bunları cəfəngiyyat adlandırıb.
Ərazidə çəkiliş aparan media mənsublarına qarşı da polis tərəfindən kobudluq edilib.
AİP-in 25 illik yubiley tədbirinin qarşısı alınıb – FOTO

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button