Aktual

AİP-in növbəti baş məclisi keçirilib

Akif Heydərli: “Biz AİP olaraq Mövsüm Səmədovun namizədliyini dəstəkləyirik və sona qədər də dəstəkləyəcəyik”
Bu gün Azərbaycan İslam Partiyasının növbəti Baş Məclisi keçirilib. FaktXeber.com-un verdiyi məlumata görə, Baş Məclisin gündəliyində ölkədəki ictimai-siyasi vəziyyət və beynəlxalq aləmdə baş verən hadisələr, AİP-in 2013 prezident seçkiləri ilə bağlı mövqeyi, AİP lideri Mövsüm Səmədovun namizədlik məsələsi, görüləcək işlər, qarşıda duran vəzifələr  və cari məsələ durub.
Toplantıda , partiyanın sədr əvəzi Elçin Manafov, sədrin siyasi məsələlər üzrə müavini Akif Heydərli, sədrin birinci müavini İnqilab Əhədli,  digər üzvlər müxtəlif mövzular üzrə çıxışlar ediblər.
Tədbirdə çıxış edən AİP-in sədr müavini Akif Heydərli bildirdi ki, bu günə qədər heç bir namizəd 500 min imza ilə seçkilərdə iştirak edə bilməyib: “Əgər belə bir namizəd olarsa, onda gəlib özlərini AİP-lə bir tərəziyə qoyarlar. Biz AİP olaraq Mövsüm Səmədovun namizədliyini dəstəkləyirik və sona qədər də dəstəkləyəcəyik. Biz qanunun gücünə inanırıq. Hesab edirik ki, qanunsuz həbs edilən şəxs əslində qanuni şəkildə azaddır.”
Akif Heydərli onu da bildirdi ki, AİP hər hansı bir müxalif siyasi qüvvəyə qarşı alternativ rolunda çıxış etmək istəmir: “Artıq xalq oyanıb. Bu sevindirici bir haldır. Yaxın günlərdə ölkənin aparıcı siyasi qüvvələrinin birliyi nəticəsində Milli Şura adlı bir qurum yaradıldı. Sözügedən qurumda AİP-in sədr əvəzi Elçin Manafov və digər islamçılar dəvət olunublar. Əlbəttə Milli Şuranın rəhbəri Rüstəm İbrahimbəyov kifayət qədər tanınmış və dəyərli bir ziyalıdır. Lakin məsələnin mahiyyəti Rüstəm İbrahimbəyovdan asılı olsa idi, biz də deyərdik ki, Rüstəm bəyə gəlsin otursun Bakıda. Nəyin ki, Amerikaya, İsrailə, Rusiyaya və ya digər yerlərə getsin. Ona görə də bizim üçün ən layiqli namizəd AİP lideri Mövsüm Səmədovdur. Biz Mövsüm Səmədovdan başqa bir namizəd görə bilmirik.“

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button