Hüseyn südəmərləri beynəlxalq konfransı

Məhərrəm ayının ilk cüməsilə bir vaxtda İranın təqribən dörd min nöqtəsində, eləcə də dünyada Hüseyn südəmərləri konfransı keçirilib.
Bu gün səhər tezdən eyni vaxtda İranda və dünyanın bəzi nöqtələrində keçirilən Hüseyn südəmərləri beynəlxalq konfransında analar və südəmər körpələr mərsiyəxanlıqda iştirak edərək, İmam Hüseyn(ə)-ın övladı Həzrət Əli Əsğər(ə)-ın anasının naləsinə səs veriblər.
Bu il Hüseyn südəmərləri beynəlxalq konfransı on dördüncü ildir ki, keçirilir. Bu konfrans İrandan əlavə, 41 digər ölkədə keçirilib.
Bu mərasim Həzrət Əli Əsğər(ə)-ın məzlumcasına şəhid olması hadisəsinin nəql edilməsi, mərsiyəxanlıq və mədhiyyəçiliyə şamil olur ki, sonda analar südəmərlər üçün nəzirnamə qiraət edirlər.