ArxivXəbər lentiXəbərlər
“SOCAR” benzinin qiymətini azaltdı – Gürcüstanda

“SOCAR” neft şirkəti Gürcüstanda Premium markalı benzinin qiymətini növbəti dəfə aşağı salıb.
Gürcüstanda yaşayan həmyerlilərimizin AzNews.az-a verdikləri məlumata görə, “SOCAR Georgia Petroleum”ə məxsus yanacaqdoldurma məntəqələrində Premium markalı benzin dünəndən etibarən ucuzlaşaraq 71 qəpik olub.
Qeyd edək ki, Azərbaycanda hazırda Premium markalı benzinin qiyməti 95 qəpikdir. /