Xatırladaq ki, Şəhid Şükür Qənbər oğlu İlyasov 9 yanvar 1991-ci ildə Şabran şəhərində dünyaya gəlmiş və 27 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Onun nəşi Şabran şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Şükür İlyasov ölümündən sonra “Vətən uğrunda”, 29.12.2020-ci il tarixli sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.