Akademik Ziya Bünyadovun vəfatının 17-ci ildönümüdür

Bu gün Azərbaycanın görkəmli elm və ictimai-siyasi xadimi, şərqşünas, tarixçi, əməkdar elm xadimi, akademik Ziya Bünyadovun vəfatının 17-ci ildönümüdür.
Mərhum akademik Ziya Bünyadov 1997-ci il fevralın 21-i bir sıra ifşaedici çıxışlarından sonra vəhşicəsinə qətlə yetirilmişdir.
Azərbaycan hakimiyyətinin o dönəmdə mərhum Ziya Bünyadovun qətlində İranın adını hallandırıb ölkə daxilində bir sıra dindarları ittiham etməsinə baxmayaraq, Ziya Bünyadovun qətlini araşdıran Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin keçmiş xüsusi işlər üzrə müstəntiqi Ramin Nağıyev mərhum professor Ziya Bünyadovun Azərbaycan hakimiyyət dairələrində kök salmış cinayətkar dəstə tərəfindən Heydər Əliyevin göstərişi əsasında öldürüldüyünü ifşa etdi.
Allah rəhmət eləsin!