Türkiyə və Rusiya XİN rəhbərləri Qarabağı müzakirə ediblər.
Qafqaz.ir-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı S.Lavrovla birgə mətbuat konfransında deyib.
Nazir Rusiya XİN başçısı ilə Suriya, Liviya, Əfqanıstan və Qarabağı müzakirə etdiyini deyib: “İkitərəfli münasibətlərimizdə elə bir ciddi problem yoxdur. Məqsədimiz bu bölgələrdə sülh və sabitliyin dayanıqlı olmasıdır”.