
Bəzilərinin əlinə fürsət düşüb , İrana hücuma keçib, hətta İranı məhv etməyə çağırırlar. Bəlkə də heç fikir verməzdim, boş hay-küydü. Amma bu hay-küy bir çox
sadə insanlarda yanlış təçəvvür yaradır. Hər kəs bilsin ki, Azərbaycanla iran arasında münasibətlərin pisləşməsi ABŞ, İsrail və Ermənistana sərf edir. Hər kəs
bunun fərqində olmalı və məsuliyyətini dərk etməlidir. Biz dövlətimizin maraqlarına uyğun hərəkət etməliyik. Mən həmişə demişəm və deyəcəyəm ki, İranla
Azərbaaycanın xoş münasibətləri hər iki ölkənin maraqlarına cavab verir. Onsuz da bu hay-küylə o münasibətlərə heç kəs xələl gətirə bilməz. Sifarişin də hardan
gəldiyi məlumdu.Bəziləri məsuliyyətsiz hərəkətləri ilə İrandakı soydaşlarımızı da zərbə altına qoyurlar. Bunu da düşünməyinizi təklif edirəm.İranda bir dəstə
erməni təxribat törətdi , Təbriz , Ərdəbildə olan soydaşlarımız da onların cavabını artıqlaması ilə verdi. Ermənilər Tehranda pis əməlləri ilə xırda bir iş gördülər.
Amma o hərəkətin nəticəsi olaraq Azərbaycanla İranın münasibətlərinə bəzi bəsit fikirlilərimizin əli ilə xələl gəirə bilsələr ,niyyətlərinə tam çatmış olarlar. Bunu
da düşünün. Ermənilər pərişan vəziyyətə düşüblər ki, İran rəhbərliyi onları Tehrana səfərə çağırıb , görüş günündə də Tehranda Xocalı soyqırımına sərgi açıblar.
Ermənilər bunu özlərinə təhqir kimi qəbul edir , incidiklərini bildirirlər. Siz isə onları bu sözlərinizlə vəziyyətdən çıxarırsınız. Xahiş edirəm , hər kəs mənim
sözlərim üzərində ciddi düşünsün, hay-küyə getməsin. Yetər boş fərziyyələrin , mənasız və ziyanlı şüarların dalınca getmək. Hər kəsi millətimizin və dövlətimizin
maraqlarını düşünməyə çağırıram.