ArxivXəbər lentiXəbərlər
Alət-Astara-İran yolunda sürət həddi təyin olunub

Yeni istifadəyə verilən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunda sürət həddi təyin olunub.
FaktXəbər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirir ki, bir neçə gün öncə istifadəyə verilən yolda sürət həddi 120 km/saat təyin olunub.
Qeyd edək ki, mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəlidir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub.