AktualAktualArxivXəbər lentiXəbərlər

ALİ DİNİ RƏHBƏRİN GƏNCLƏRƏ ÜNVANLADIĞI MƏKTUB TƏRİFƏLAYİQDİR

Almaniyanın İslam dünyası məsələləri üzrə eksperti Əbdürəhman Harazi İran İslam Respublikasının ali dini lideri Ayətullah Xameneinin Avropa gənclərinə ünvanladığə məktubunu tərifəlayiq adlandırıb.

İslaminsesi.org-un verdiyi məlumata görə, Harazi dövlət teleradiosunun kürd xidmətinə müsahibəsində ali dini liderin Qərbin gənclərinə müraciətinin çox mühüm əhəmiyyəti olduğunu qeyd edib:

İctimai fikirlərin yayılmasında məsuliyyət daha çox kütləvi informasiyaların üzərinə düşür. Bəzi xəbərlərdə İslam dini İŞİD terror qruplaşması ilə əlaqələndirilir. Bununla da İŞİD elə İslamın özüdür fikri ictimai şüura təlqin olunur. Lakin Xameneinin gənclərə ünvanladığı məktubda İslamın sülh və əmin-amanlıq dini olduğu vurğulanır.

Ekspert Ali dini liderin avropalı gənclərə məktub ünvanlamasının səbəblərinə toxunaraq bildirib ki, Qərb dünyasında gənclər cəmiyyətin digər təbəqələrinin siyasi fikrinə daha çox maraq göstərir:

“Məhz gənclər dağıda da bilər, düzəldə də bilər, böyük dəyişikliklərin yaranmasına səbəb də ola bilərlər. Buna görə islam dünyasının ilahiyyatçıları ilk növbədə, cəmiyyətin məhz bu təbəqəsinə əhəmiyyət verməlidir və onları nəzərə almalıdır.”

Harazi, həmçinin, diqqətə çatdırıb ki, Ayətullah Seyid Əli Xamenei avropalı gəncləri Qurana və faktlara söykənərək İslamı dərk etməyə çağırıb. Hər bir siyasətçi çalışmalıdır ki, gənclər İslamı İŞİD və ya digər terror qruplaşması ilə səhv salmasın.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button