“Birgün” qəzeti sərhəddə yerləşən Tel Abyad şəhərinə Türkiyədən elektrik dəstəyi verilməsindən yazıb
İslamazeri.az-ın “Rasthaber”ə istinadən verdiyi xəbərə görə, Türkiyənin “Birgün” qəzeti Suriyanın sərhəd zolağında yerləşən Tel Abyad şəhərinə Türkiyədən daimi elektrik verilməsindən yazıb. Tel Abyad, 2014-cü ilin yanvar ayından etibarən İŞİD-in nəzarəti altındadır. DEAŞ-ın (Türkiyənin İşıq elektrik stansiyası) nümayəndəsi, “Akçakalenin elektrik enerjisində gündə üç-dörd dəfə fasilə olur, ancaq Tel Abyaya 24 saat ərzində elektrik veririk. Bu xəttin tamamilə nəzarəti də bizə aiddir”, -deyə qəzetdə yazılıb. Prezident Ərdoğan isə dünən etdiyi çıxışda, İŞİD-in nəzarətindəki Tel Abyad şəhərinə YPG-nin başlatdığı əməliyyata reaksiya verib, həmçinin, qərb koalisiya qüvvələrinin də havadan dəstək verdiyini söyləyərək, “Ərəbləri və Türkmənləri təyyarələrlə vuran Qərb, onların yerinə terror təşkilatı PYD və PKK-nı yerləşdirir” demişdi. İşdə Birgün’ün bugünkü manşeti: