Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisiyə Şirazdakı terror aktı ilə bağlı başsağlığı verib.
Qafqaz.ir-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Putin Rəisiyə göndərdiyi başsağlığı teleqramında Moskvanın terrorizmlə mübarizədə Tehranla əməkdaşlığı artırmağa hazır olduğunu təsdiqləyib.