AktualAktualArxivIslamQarabağXəbər lentiXəbərlər

Ali Məqamlı Rəhbərin Qarabağ münaqişəsinə strateji baxışı

Qafqaz Həqiqətləri – Mübaribənin başa çatması, Ermənistanın işğal etdiyi Qarabağ və Azərbaycanın digər torpaqlarından geri çəkilməsi, uzunmüddətli və mürəkkəb bir münaqişənin 30 ildən sonra əməli və ümidverici şəkildə bitməsi müsəlman Azərbaycan xalqı və bütün dünya müsəlmanları, o cümlədən İran xalqı üçün çox sevindirici bir xəbər idi.

Məlum olduğu kimi 27 sentyabrda ikinci Qarabağ müharibəsi başladıqdan sonra İranın yüksək səviyyəli rəsmiləri, Vəliyyi-fəqihin şimal-qərb əyalətlərində təmsilçiləri, alimlər, ruhanilər, təqlid mərcələri, hökumətin mühüm şəxsiyyətləri və bir çox millət vəkilləri Azərbaycan Respublikası hökuməti və müsəlman xalqının dini və qanuni haqqını müdafiə etdilər, işğal olunmuş ərazilərin azad edilməsinin vacibliyini vurğuladılar. Sözsüz, onların Azərbaycan Respublikası dövləti və xalqının mövqe və əməli addımlarına belə geniş dəstək göstərmələri işğal olunmuş ərazilərin geri alınmasında böyük dayaq qüvvəsi və ardıcıl qələbələri üçün qəlb qüvvəti oldu.

Bu arada müsəlmanların Vəliyyi-əmri həzrət Ayətullah Xameneinin Qarabağla bağlı mövqei, müsəlman Azərbaycan Respublikası xalqının hüquqlarını ciddi və aşkar himayə etməsi, ermənilərin 90-cı illərin əvvəllərindən başladığı işğal və təcavüz siyasətini pisləməsi – bütün bunlar o həzrətin “Qarabağ İslam torpağıdır” cümləsində toplanmışdı – İran İslam Respublikasının İslam ümmətinin maraqlarının qorunması istiqamətində İslam dünyasının mühüm məsələlərinə strateji baxışını çox aydın şəkildə göstərir.

Ali Məqamlı Rəhbərin Qarabağ münaqişəsi barədəki aydın və qətiyyətli keçmişi olan son bəyanatı ölkəmizdə və Azərbaycan Respublikasında bir çoxlarının diqqətini cəlb etməklə yanaşı, KİV-lərdə və onun ardınca iki ölkənin ictimai rəyində böyük əks-səda doğurdu və çox ciddi qarşılandı.

Bu qətiyyətli və xeyirxah bəyanatın bir tərəfdən Qarabağın və bütün işğal edilmiş torpaqların Azərbaycana aid olmasını, işğal edilmiş torpaqların Azərbaycan Respublikasına qaytarılmasının vacibliyini, müharibə köçkünlərinin öz yurdlarına qayıtmasının lüzumunu müharibənin dayanmasının əsas şərti kimi bilməsi, digər tərəfdən də beynəlxalq sərhədlərə hörmətlə yanaşılması, terrorçu və xarici muzdurların qarşıdurma bölgəsindən çıxarılmasına təkid etməsi hamıya son sözü çatdırması ilə yanaşı bir neçə əsas aspektdən xüsusi əhəmiyyət daşıyır:

Birincisi: Ali Məqamlı Rəhbərin mövqei müharibə getdiyi bir vaxtda və müharibənin çox həssas yerinə yaxınlaşdığı bir zamanda elan edildi. Bir çox daxili və xarici ekspert və nəzəriyyəçilərin fikrincə, bu mövqe müsəlman Azərbaycan xalqının milli iradə və əhval-ruhiyyəsinin güclənməsinə çox təsir qoydu və Azərbaycan ordusunun Qarabağ bölgəsində apardığı hərbi əməliyyatın son mərhələsində (Şuşa strateji şəhərinin alınmasında), böhranın son həllində və müharibə razılaşmasının qəbul edilməsində mühüm rolu oldu.

İkincisi: Ali Məqamlı Rəhbər müsəlman Azərbaycan xalqının dini və qanuni haqqına dəstək verdiyi qətiyyətli mövqei ilə çox aydın şəkildə sübut etdi ki, İran İslam Respublikası bütün dünya müsəlmanlarının, xüsusilə də qonşu Azərbaycan Respublikasının mənafe və hüquqlarının qorunmasında çox ciddidir və həmişə onların yanında dayanmışdır.

Üçüncüsü: Ali Məqamlı Rəhbərin və İran İslam Respublikasının Qarabağ münaqişəsi barədə prinsipial mövqei beynəlxalq hüquqlar əsasında və BMT-nin 4 qətnaməsinə istinadla seçilmişdi. Bu məsələ İslam dünyasının Fələstin və Yəmən kimi bir sıra böhran və münaqişələrinin həllində bir təməl ola bilər, həmişəlik olaraq sionist rejimi və Ərəbistan kimi cinayətkar, millətçi və tamahkar rejimlərin təcavüzkar və işğalçı siyasətlərinə son qoya bilər.

Dördüncü: İran İslam Respublikasının Qarabağ münaqişəsinə qüdrətli və eyni halda xeyirxahcasına daxil olmaq təcrübəsi sübut etdi ki, ölkəmiz siyasət və hərb sahəsinin müxtəlif məsələlərində çox böyük bacarıq və potensiallara malikdir və bundan ölkənin maraqlarının qorunmasında faydalanmaq lazımdır.

Müəllif: Məhəmmədrza Kəffaş Cəmşid, Qafqaz məsələləri üzrə ekspert

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button