Ali-Yasin ziyarətnaməsinin birinci hissəsi bütün Əhli- Beytə (ə) aiddir, qalan hissə isə İmam Zamana (ə) məxsusdur.
Qafqaz.ir məlumatına əsasən, Ali- Yasin ziyarətnaməsinin ilk salamı – Salam olsun Ali – Yasinə – bütün Əhli- Beyt (ə) məsumlarına məxsusdur. İmam Əlidən (ə) tutumuş İmam Zamana (ə) kimi bütün imamlara şamil edilir. Belə ki, İmam Zaman (ə) bu barəsində buyurur: Haçan bizimlə söhbət etmək istədidkdə bu duanı oxuyun və onu “Salam olsun Ali – Yasinə” cümləsi il başlayın.
Qeyd etmək lazımdır ki, ziyarətnamənin ardı və sonra gələn salamları İmam Zamana (ə) məxsusdur. İmam Zaman (ə) ədəbə riayət edərək buyurur: Məni ziyarət etdikdə hər şeydən qabaq pak əcdadımı ziyarət edin, ondan sonra mənə salam verin və deyin:
“السلام علیک یا داعی الله. . .”
Hədislərdə gəlmişdir ki, bir şəxs zindanda olur və yuxuda zamanəsinin imamını görürü və imam ona deyir: Zindandan xilas olmaq üçün “Əziməl – bəla “ duasını oxu.
Bu duada da İmam Zamana (ə) təvəssül etməmişdən qabaq onun pak əcdadına təvəssül edilir: ”Ya Məhəmmməd, ya Əli !” deyilir. Sonda isə “Ya Mövlana, ya Sahibəz- zəman” deyə davam etdirilir.
İmam Zaman (ə) barəsində və ondan söylənilən dualar da onun ata – babalarına olan hörmət və sayğısının göstəricisidir.
Beləliklə, aydın oldu ki, Ali – Yasin ziyarətnaməsinin birinci hissəsi bütün Əhli- Beytə (ə) aiddir, qalan hissə isə İmam Zamana (ə) məxsusdur.