Dindarların məhkəməsinə dəvət edilən şahid niyə intihar edib? Mərhum Az. Polislərindən nələr yazıb + Məktub

Məktubda Kamran Seyidov bildirir ki, o 2 gün həbs olunaraq “bandotdel”də təqiblərə və təzyiqlərə məruz qalıb. Ətraflı olaraq intihar edən şahid Kamran Seyidov son məktubunda hər şeyi açıqlayıb.
Səbail Rayon Məhkəməsində Bəxtiyar Qurbanov və Röyal Əsgərovun növbəti məhkəmə iclası keçirilib.
Bu haqda açıqlama verən Vəkil Yavər Hüseyn bildirib ki, Bəxtiyar Qurbanov və Röyal Əsgərov məhkəməyə gətirilmədiyindən proses təxirə salınıb. Yavər Hüseynov bildirib ki, şahidlərdən biri Kamran Seyidov sonuncu məhkəmə prosesi günü işlədiyi Neft Şirkətində namaz otağında özünü asıb. Vəkilin sözlərinə görə, Kamran Seyidov intihar etməmişdən bir gün əvvəl məktub yazaraq hər şeyə aydınlıq gətirib. Məktubda Kamran Seyidov bildirir ki, o 2 gün həbs olunaraq “bandotdel”də təqiblərə və təzyiqlərə məruz qalıb. Ətraflı olaraq intihar edən şahid Kamran Seyidov son məktubunda hər şeyi açıqlayıb. Həmin məktubu sizə təqdim edirik: