Dünən Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədov vəkili ilə görüşüb.
İslaminsesi.org məlumat verir ki, vəkilin sözlərinə görə, müvəkkilinin səhhəti ilə bağlı ciddi şikayəti olmayıb. Mövsüm Səmədovun mənəvi cəhətdən çox güclü insan olduğunu bildirən vəkil, onun problemi olsa belə biruzə verməməyə çalışdığını bildirib: “Əsas narazılığı isə ölkədə və dünyada baş verən ictimai-siyasi proseslərdən xəbərsiz olması, cərəyən edən hadisələrlə bağlı məlumatsız qalmasıdr. Bilirsiniz ki, ciddi rejimli qapalı Qobustan həbsxanasında ona qəzet və jurnalların verilməsi qadağan olunub. Mənimlə söhbətində ilk növbədə son yeniliklərlə maraqlandı, dostlarına və yaxınlarına salam göndərdi”.
Anar Qasımlı Mövsüm Səmədovun məhkəmə sənədlərini Avropa məhkəməsinə təqdim etməsindən də danışıb: “Biz Avropa məhkəməsinə onunla bağlı iki iş göndərmişik, bir iş üzrə komunikasiya mərhələsi başa çatıb, veriləcək əsas qərarı gözləyirik, o biri işlə ələqədar isə hələ ki, mühüm prosedurlar başlamayıb. Ümid edirik ki, yaxın zamanda bu məsələ ilə bağlı müsbət yenilik eşidəcəyik”.